Ağa Salamov: Türk dönəri Almaniyada öz möhrünü vurub
11:05 24.04.2024
Dünya
665
Almaniya prezidenti Frank-Valter Ştaynmayer Türkiyəyə səfəri zamanı dönəri almanların milli yeməyi adlandırıb.
Publika.az xəbər verir ki, onun sözlərini "RİA Novosti" sitat gətirib.
Ştaynmayer İstanbulda keçirilən mədəniyyət gecəsində çıxışı zamanı deyib:
“Berlində türk qonaq işçilər tərəfindən hazırkı formada hazırlanan dönər kabab artıq Almaniyanın milli yeməyinə çevrilib”.
Bu yaxınlarda Almaniya kansleri Olaf Şolts yeni açdığı "TikTok" hesabında Almaniyada dönər kabablarının niyə bu qədər bahalaşmasına həsr olunmuş bütöv bir video yayımlayıb.Bu yaxınlarda Almaniya kansleri Olaf Şolts yeni açdığı "TikTok" hesabında Almaniyada dönər kabablarının niyə bu qədər bahalaşmasına həsr olunmuş bütöv bir video yayımlayıb.
Fevral ayında çatdırılma xidməti “Lieferando” Drezdeni Almaniyanın dönər kababının paytaxtı elan edib.
Məsələyə münasibət bildirən qida məsələləri üzrə mütəxəssis Ağa Salamov "Sherg.az"a söyləyib ki, dönərin tarixi 17-ci əsrə gedib çıxır və Osmanlı imperiyası ilə bağlıdır:
"İlk dönərləri indiki cağ kababları kimi üfüqi şəkildə şişə taxaraq manqalda bişirirdilər. Keçmişdə ətlərə bol ədviyatlar vururdular. Şaquli vəziyyətdə olan dönərlər isə Bursada təxminən 1850-ci ildə bişişirilməyə başlanıldı. Türk dönəri dünyada həmçinin, Almaniyada məhşurdu. Orada yaşadığım 4 il ərzində alman əhalisi türk dönərini ləzzətlə yeyirdilər. Çünki orada doğma dad var. Alman mətbəxi heç də zəngin hesab olunmur. Məsələn, donuz əti, hisə verilmiş ətlər, kartofdan hazırlanan məhsullar, turşu kələmdən düzəldilən yeməklər və.s . Türk və Azərbaycan mətbəxi isə çox zəngindir və həmin ərazidə çox sevilir. "Street food" hesab olunan türk dönəri Almaniyanın milli yeməyinə çevrilib. Buna da türklər nail olub. 1970-ci ildə Kadir Nurman adlı aşbaz Almaniyada dönəri tanıdıb. Dönər ucuz və doyumculdur. Eyni zamanda tərkibində karbohidratla, zülalın sintezi mövcuddur. Hətta, Almaniyanın kansleri belə dəfələrlə türk dönərini dadıb. Bir sözlə, türk dönəri Almaniyada öz möhrünü vurub".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
37 nəfər Almaniyadan Azərbaycana geri gətirilib
10:17 12.08.2026
Cəmiyyət
Simonyan üçüncü dəfə evlənir - Paşinyan toya gələcəkmi?
09:56 12.08.2026
Region
Yol polisi uşaqlarla bağlı hərəkət iştirakçılarına müraciət edib
09:42 12.08.2026
Cəmiyyət
Azərbaycan neftinin qiyməti 96 dollara yaxınlaşır
09:38 12.08.2026
İqtisadiyyat
Yuxuda qapının açılmaması nə deməkdir?
08:48 12.08.2026
Maraqlı
Beyons məhkəməyə verildi
07:17 12.08.2026
Şou
0 şəkər, 0 kalori: Yaponlar onu hər gün içirlər
06:42 12.08.2026
Sağlamlıq
Messidən gözlənilməz qərar
06:06 12.08.2026
Futbol
Bruklin Bekhem xanımı ilə
04:14 12.08.2026
Şou
Arıqlamaq istəyənlərin nəzərinə
03:33 12.08.2026
Sağlamlıq
Rumıniya Qara dənizdə iki PUA-nı vurdu
02:54 12.08.2026
Dünya
Kriştianu Ronaldu və Corcina Rodriqes evləndilər
02:22 12.08.2026
İdman
Azərbaycan, ABŞ və Ermənistan rəsmiləri Vaşinqtonda görüşüb
01:01 12.08.2026
Siyasət
Gəncədə evdən yeniyetmə qızın meyiti tapılıb
00:17 12.08.2026
Hadisə
"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin etdi
23:56 11.08.2026
Futbol