Ağcaqanadların yaydığı qorxulu xəstəlik: hər il milyonlarla insan yoluxur
16:48 25.04.2020
Dünya
607
Aprelin 25-i hər il dünyada Ümumdünya Malyariya ilə Mübarizə günü kimi qeyd olunur. e-tibb.az xəbər verir ki, xəstəliklə səmərəli mübarizə aparmaq məqsədilə 2007-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının 60-cı sessiyasında bu barədə qərar qəbul olunub.
Malyariya ağcaqanad sancması nəticəsində yaranan infeksion, parazitar xəstəlikdir. Dünyada parazitar xəstəliklər içərisində ən geniş yayılmış transmissiv parazitar xəstəlik hesab olunur. ÜST-ün məlumatına görə planet əhalisinin 40%-dən çoxu malyariyaya yoluxma riski altında yaşayır. Hər il orta hesabla 100-dən çox ölkədə 300-500 milyon insan bu xəstəliyə yoluxur, il ərzində 1,5-2,7 milyon insan bu xəstəliyin qurbanı olur.
Yoluxmaların əksəri Cənubi Afrika və Saxara əhalisinin payına düşür, lakin Asiya, Latın Amerikası, Yaxın Şərq ölkələrində və bəzi Avropa regionlarında da onunla üzləşənlər olur. Beş yaşınadək uşaqlar xəstəliyin risk qrupuna daxildir.
Azərbaycanda isə 1990-cı illərin əvvəllərində malyariyaya görə epidemioloji vəziyyət kəskin surətdə pisləşməyə başlayıb. 1996-cı ildə ölkədə 13 mindən çox xəstəlik hadisəsi qeydə alınıb. Yaranmış vəziyyətlə əlaqədar olaraq, Səhiyyə Nazirliyi tərəfindən 1997-ci ildə Malyariya ilə mübarizə üzrə Milli Proqram işlənib hazırlanıb və həmin ildən onun icrasına başlanıb. Genişmiqyaslı əksepidemik tədbirlər nəticəsində epidemioloyi sabitliyə nail olunub, 2013-cü ildən etibarın bu günə kumi yerli yoluxma halları qeydə alınmayıb.
Bu xəstəliyin əsas əlaməti yüksək hərarət, üşütmə, baş, əzələ ağrıları, halsızlıq, ürəkbulanma, qusma və ishal sayılır.
Malyariya ilə yerli yoluxmaların kəsilməsinə nail olmuş ölkələr, malyariyanın eliminasiyası (eliminasiya-müəyyən bir xəstəliyin nəzərdə tutulmuş ərazidən tamamilə silinib təmizlənməsi-red.) barədə sertifikat alınması üçün ÜST-ə müraciət edirlər. Malyariyadan azad ölkə kimi sertifikatlaşdırma prosesi, ciddi dövlət və beynəlxalq səviyyədə rezonansa səbəb olur. Bunun nəticəsi bilavasitə turizmin, biznesin, qarşılıqlı tələbə mübadiləsinin və bir çox digər sahələrin inkişafına iqtisadi cəhətdən öz təsirini göstərir.
Qeyd olunanları nəzərə alaraq malyariyanın eliminasiyasının sertifikatlaşdırılması üçün Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən ÜST-ə müraciət edilib və müsbət rəy alınıb. Səhiyyə Nazirliyi tərəfindən artıq hazırlıq prosesinə başlanıb, müvafiq Sertifikasiya Komissiyası yaradılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm