''YouGov'' tərəfindən Almaniyada aparılan sorğuya əsasən, respondentlərin 53 faizi miqrantların qəbulunun azaldılmasını tam şəkildə dəstəkləyir.
Sherg.az xəbər verir ki, vətəndaşların daha 23 faizi isə daxili işlər naziri Aleksandr Dobrindtin təklif etdiyi kursu qismən dəstəklədiyini bildirib.
Sorğuda iştirak edənlərin yalnız 15 faizi bu siyasətə qarşı çıxıb, 9 faizi isə cavab verməkdən çəkinib.
Miqrasiya siyasətindəki bu dəyişiklik xüsusilə sağçı populist “Almaniya üçün Alternativ” partiyasının tərəfdarları arasında geniş dəstək qazanıb. Ən aşağı dəstək isə “Sol Partiya” və “Yaşıllar” partiyalarının tərəfdarları arasında qeydə alınıb.
Bundan əlavə, yaşlı nəsillərin miqrasiyanın azaldılması kursunu gənclərlə müqayisədə daha çox dəstəklədiyi müşahidə olunur.
2025-ci ilin yanvar–noyabr ayları ərzində Almaniyada “sığınacaq müraciətləri”nin sayı 51 faiz azalaraq, ümumilikdə 100 mindən bir qədər çox müraciət təşkil edib.