
Alyaska görüşündə Tramp və Putin razılaşdı, amma Ukraynanın taleyi hələ naməlum qalır -RƏY
09:15 19.08.2025
Dünya
289
Putin Donbassı Rusiyaya güzəştə razı oldu
Krım isə danışıqlar xaricində qaldı
Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Donbas regionunun Rusiyaya verilməsi müqabilində sülh müqaviləsinə razı olduğunu qeyd edib. Ümumiyyətlə, Krım danışıqlar predmetindən çıxarılıb, Ukraynanın şərq hissəsi yenidən Rusiyaya güzəştə razılaşdırılıb.
Bu barədə Sherg.az-a açıqlamasında Milli Cəbhə Partiyasının başqan müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə deyib.
Ekspertin sözlərinə görə, Alyaskada keçirilən görüşdə Putin və ABŞ Prezidenti Donald Tramp arasında bu tip bir razılaşmanın mövcudluğu ortaya çıxsa da, görüşün nəticəsi istənilən səviyyədə irəliləyiş təmin etməyib. Bu vəziyyət isə həm regional, həm də beynəlxalq səviyyədə geosiyasi balansların necə dəyişə biləcəyinə dair yeni suallar doğurur:

“Qeyd edim ki, Rusiya 11 ildir ki, Donbası tam işğal edə bilmir. Hazırkı müstəvidə Donbasın Rusiyaya güzəştə verilməsi, müharibənin növbəti mərhələyə daşınmasıdır. Baxmayaraq ki, Rusiya təhlükəsizlik zəmanəti verməyə hazırdır. V.Putin Ukraynaya hücum edəndə tam olaraq ölkəni tam işğal etməyi planlaşdırmışdı. Hazırda isə Donbasla kifayətləndiyini qeyd edir. Bu, Rusiyanın Ukraynada məğlubiyyəti, Avropa ölkələrinin toparlanması və Ukraynaya ciddi yardımların artırılmasından irəli gəlir. Demək olar ki, V.Putin Ukraynanı tam işğal etmək planını müvəqqəti dayandırmaqda maraqlıdır. Hazırda D.Trampa sülh lazımdır və çalışacaq ki, V.Zelenskiyə təzyiqlər etsin.
Bir ölkənin suverenliyi və ərazi bütövlüyünün pozulması naminə sülhün əldə edilməsi dayanıqlı olmayacaq və beynəlxalq hüququ sarsıdacaq. Həmçinin, bu qərar Rusiyanın digər ölkələrə qarşı aqressiv siyasətinə stimul verəcək”.
M.Əsədullazadənin sözlərinə görə, Avropa liderləri və Ukrayna D.Trampın V.Putinlə razılaşdığı planı qəbul etməyəcəklər: “Əgər ABŞ və Avropa ölkələri payıza qədər Rusiyaya təzyiq etsələr, V.Putin daha çətin vəziyyətlə qarşılaşa bilər. Amma D.Tramp Avropanın təhlükəsizliyini təhdid edəcək razılaşmada maraqlıdır. Putin də Ukrayna ilə bağlı razılaşma əldə edib, digər regionlara təsir etməyə çalışacaq. Xüsusilə, Cənubi Qafqaz və Mərkəzi Asiya V.Putinin yeni hədəfində olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol