Analitik: Alyaska görüşü Putinin istədiyi kimi yekunlaşdı
12:14 01.09.2025
Dünya
556
Görüşdə əsas müzakirə mövzusu Ukraynanın kapitulyasiyaya məcbur edilməsi idi
Rusiyanın Ukrayna böhranına yanaşması ilə bağlı Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının iclasında bildirib ki, “heç bir ölkə öz təhlükəsizliyini başqasının hesabına təmin edə bilməz”.
O həmçinin vurğulayıb ki, ABŞ Prezidenti Donald Trampla Alyaskada keçirilən görüş zamanı əldə olunan anlaşmalar Ukraynada sülhə yol açır.
Politoloq Zeynəl Əmrəliyev Sherg.az-a Rusiya-Ukrayna münasibətlərindən danışıb:
" Trampla Alyaskada əldə olunan razılaşma Rusiyanın maraqlarına xidmət edir. Çünki bu razılaşma Ukraynada atəşkəsə nail olunmasına gətirib çıxarmadı. Alyaska görüşündə Vladimir Putinin əsas məqsədi məhz atəşkəsin baş tutmamasını təmin etmək idi. Rusiya hesab edir ki, əgər atəşkəs əldə olunarsa, Ukrayna gələcəkdə Qərbin dəstəyindən istifadə edərək Rusiyaya qarşı daha ciddi addımlar ata və işğal altında olan ərazilərini azad etmək üçün hərbi əməliyyatlara başlaya bilər.
Alyaska görüşü Putinin istədiyi kimi yekunlaşdı. Bununla yanaşı, Rusiya və Ukrayna arasında münasibətlərin normallaşması istiqamətində hər hansı əhəmiyyətli irəliləyiş müşahidə olunmadı. Görüşdə əsas müzakirə mövzusu Ukraynanın kapitulyasiyaya məcbur edilməsi idi. Hazırda Rusiyanın mövqeyi ondan ibarətdir ki, işğal altında olan ərazilər, həmçinin Donbas bölgəsinin də Moskvanın nəzarətində qalmasını təmin etsin. Bu isə olduqca təhlükəli bir yanaşmadır. Ukrayna bu tələbləri qəti şəkildə qəbul etmir".
Politoloq Putinin bu istiqamətdə irəli sürdüyü iddiaların əsassız olduğunu bildirib:
"Görüşdən sonra Rusiyanın Ukraynaya qarşı təzyiqləri daha da artdı. Rusiya Kiyevi açıq şəkildə bombardman etməklə öz aqressiyasını nümayiş etdirdi. Bu, tərəflər arasında münasibətlərin normallaşmasına deyil, əksinə, münaqişənin daha da dərinləşməsinə xidmət edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial
Cemre Baysel futbolçu ilə eşq yaşayır?
06:26 05.11.2026
Şou