
Analitik: İsraili durdurmaq mümkün deyil
Yusif Nəzərli
03:15 15.02.2024
Dünya
386
Fələstin dövləti yaranmayınca və ya buna ciddi səylər olmayınca savaş daha da böyüyəcək
Almaniyanın xarici işlər naziri Annalena Berbok Berlində Fələstinin xarici işlər naziri ilə görüşüb. Berbok vurğulayıb ki, İsrail hökumətinin Refahda böyük hərbi əməliyyat elan etməsindən xüsusilə narahatdır. Ötən gün ABŞ Prezidenti Co Bayden də İsrailin Qəzzaya hərbi cavabının həddindən artıq olduğuna inandığını söyləmişdi. Onun sözlərinə görə, bu müharibə üçün daimi fasilə zəruridir. Bayden atəşkəs mövzusunda razılığa gəlmək və girovların azad edilməsi üçün çox çalışdığını demişdi: "Burada insanlar əziyyət çəkir, nə qədər günahsız insan acından ölür. Bu gedişat mütləq dayanmalıdır". Qeyd edək ki, ABŞ və tərəfdaşları İsraillə HƏMAS arasında Qəzza zolağında döyüşlərə ən azı 6 həftə fasilə verilməsini nəzərdə tutan razılaşma üzərində işləyirlər.
Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Tural İrfan "Sherg.az"a bildirib ki, HƏMAS-İsrail müharibəsi artıq gözləniləndən daha geniş masştaba sıçramaqdadır. Ekspertin sözlərinə görə, müsəlman aləmi belə bir böyük savaşın olmasını gözləsə də, Qərb üçün gözlənilməz oldu və hesablanandan daha əhatəli siyasi gərginliyə səbəbiyyət verdi:
"Coğrafi və təsir baxımından savaş regional çaxnaşma çərçivəsini böyüdərək Livan, Yəmən, Suriya, İraq da daxil, başqa müsəlman ölkələrini əhatə etməyə başladı. Hətta az qala İran ilə ABŞ arasında hərbi qarşıdurma da yaranmaqda idi. Məhz bu cür gedişat, HƏMAS-ın Qərbin və İsrailin hesab etdiyindən daha çox dirəniş göstərməsi və kifayət qədər siyasi, hərbi dəstəyinin mövcudluğu Qərbi, ABŞ-ni və İsraili geri çəkilməyə məcbur edir. Rəfah şəhərinin vurulması İsrailin son siyasi səhvi və intiharı olar. İsrailin mülki insanları bir neçə aydır davamlı şəkildə soyqırıma məruz qoyması nəinki müsəlman ölkələrini, hətta Qərbin özünü, ABŞ-ni də bərk narahat etməyə başlayıb. Nəticə ağır ola bilər. Səudiyyə Ərəbistanı kimi Qərb və ABŞ dostu olan digər ərəb ölkələri sərt şəkildə müdaxilə edə bilərlər. ABŞ prezidenti narahatlıq ifadə etməkdə səmimi və ciddi olmasa da, ölkəsinin siyasi mövqeyini sığortalamaq istəyir".

Analitikin fikrincə, Rəfaha hücum olarsa, böyük ehtimalla Livan və Suriyada, həmçinin İraq və Yəməndə qərar tutmuş hərbi təşkilatlar bölgəyə açıq müdaxilə edə bilər:
"Bundan əlavə İsrail Türkiyənin daha ciddi təzyiqi ilə üzləşər. Görünən odur ki, İsrail tamamilə Fələstini ələ keçirmək və əhalisini də qeyd-şərtsiz qırmaqda israrlıdır. Qərb ölkələri və əsasən ABŞ bunu tam şəffaflıqla anladıqları üçün nəticəni düşünüb narahatlıq ifadə edirlər".
T.İrfanın qənaətincə, Fələstin dövləti yaranmayınca və ya buna ciddi səylər olmayınca savaş daha da böyüyəcək: "Qərbin bəyanatları, narahatlıq ifadə etməsi qanı durdurmağa kifayət etmir. Bu savaş islam dünyası üçün ciddi təxribatdır. Çünki bu savaşın sayəsində tərəflər açıq mövqe ortaya qoymalı olur, Türkiyə kimi etiraz edən, meydana daxil olan dövlətlərə qarşı da şantajçı ittihamlar irəli sürürlər. Bu ona görə edilir ki, müsəlman dövlətləri sınağa çəkilsin və mümkün qədər savaşa daxil olmasınlar. ABŞ üzdə tərəfsizliyini, hətta guya narahatlığını ifadə etməklə, əslində, demək istəyir ki, başqaları da qarışmasın, İsrail rahat işini görsün".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm