
Analitik: Zəngəzur dəhlizi Vaşinqtonla Pekini yaxınlaşdırır
07:17 31.10.2025
Dünya
322
Tramp - Cinpin danışıqları Cənubi Qafqazı da əhatə edib
Çin lideri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyanın Busan şəhərində bir araya gəliblər. Danışıqlar 1 saat 40 dəqiqə davam edib. Görüş zamanı tərəflər Çin-ABŞ münasibətləri, eləcə də, qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər barədə fikir mübadiləsi aparıblar. Danışıqların əvvəlində Si Cinpin iki ölkə arasında münasibətlərin davamlı və mütərəqqi inkişafının vacibliyini vurğulayıb. O bildirib ki, Çin və ABŞ nümayəndə heyətləri əsas ticarət və iqtisadi fikir ayrılıqları üzrə razılığa gəliblər. Donald Tramp isə öz növbəsində Si Cinpinlə görüşün uğurlu nəticələr verəcəyinə inandığını söyləyib. Qeyd edək ki, tərəflər sonuncu dəfə 2019-cu ildə Osakada G20 sammiti çərçivəsində görüş keçiriblər.
Siyasi şərhçi Aqşin Kərimov Sherg.az-a bildirib ki, Trampla Cinpinin danışıqları ABŞ və Çin arasındakı geosiyasi rəqabətin doğurduğu beynəlxalq və regional riskləri stabilləşdirmək zərurətindən irəli gəlirdi. Ekspertə görə, liderlərin yanaşması ABŞ ilə Çini müvəqqəti sövdələşmə yönəltməkdir:

"Son zamanlar ABŞ diplomatiyasının fəallığı nəticəsində Çin Yaxın Şərqdəki proseslərdən sıxışdırılmış kimi görünür. O zaman Pekin rəqibinə qarşı Asiyada başqa kart oynaya bilər. Vaşinqton Pekinə Tayvana müdaxilə üçün "yaşıl işıq" yandırsa belə, Ağ Ev bunun gələcəkdə rəqibini cilovlamaqda çətinlik yaradan akt kimi nəzərə alacaq. ABŞ ilə Çin Rusiyanın ambisiyalarını nəzarət altına ala biləcək oxşar düşüncəyə sahibdirlər. Lakin Çinin Rusiyanı cilovlamaq səyləri fərqli, ABŞ-nin strategiyası isə fərqli məntiqə söykənir. Vaşinqtonla Pekin Ukraynadakı müharibənin nəticələrini gözləyərkən bu məntiqlərin hansı formada dəyişikliyə məruz qala biləcəyini də hesablayırlar. Rusiya isə ABŞ-dən fərqli olaraq “müttəfiqi” Çinə qarşı kəskin mövqedə dayana bilmir. Görünür, Rusiya Çinin məqsədlərini aydınlaşdırmağa və onun maraqlarını daha çox Ukraynadakı hərbi kampaniyanın nəticələrinə uyğunlaşdırmağa cəhd edir".
A.Kərimov hesab edir ki, ABŞ ilə Çin Cənubi Qafqazda "TRIPP" marşrutu üzrə əməkdaşlıq nümunəsi yaradıb, onu intensivləşdirmək və dəhlizin xarakterini Mərkəzi Asiyada möhkəmləndirmək istəyindədir:
"Çinin "TRIPP" marşrutuna qarşı kəskin mövqedə dayanmaması onun Azərbaycanın iştirak etdiyi layihədə ABŞ-nin iştirakına etibar etdiyini göstərə bilər. Trampla Cinpinin 2 saata yaxın davam edən görüşündə Cənubi Qafqaz müzakirə masasında olubsa, Pekin ABŞ-nin Cənubi Qafqazdakı iştirakı və onun məqsədlərini rədd edən xəttin tərəfdarı olmadığını göstərib. Zəngəzur dəhlizinin ABŞ ilə Çinin tədrici yaxınlaşmasına stimul verən komponent olduğunu liderlər bir-birlərinin diqqətinə çatdırıb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əraqçi Qırğızıstana yollanıb
19:20 23.07.2026
Dünya
Avropada benzinin qiyməti qalxdı
19:03 23.07.2026
İqtisadiyyat
ADY: Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb
18:55 23.07.2026
İnfrastruktur
"Brent"in qiyməti 100 dolları ötdü
18:20 23.07.2026
İqtisadiyyat
Psixoloqa getmək xəstə olmaq demək deyil - RƏYLƏR
17:47 23.07.2026
Elm və Təhsil
Müharibənin taleyi cəbhədə həll olunacaq - Hasan Oktaydan ŞƏRH
17:32 23.07.2026
Gündəm
II Qaregin yeni parlamentin ilk iclasına dəvət edilmədi
17:10 23.07.2026
Region
Zelenski ABŞ-yə dəvət olunduğunu açıqladı
16:50 23.07.2026
Dünya
Putin Təhlükəsizlik Şurası ilə silah istehsalını müzakirə edib
16:49 23.07.2026
Gündəm
Putin Təhlükəsizlik Şurası ilə silah istehsalını müzakirə edib
16:35 23.07.2026
Dünya
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - ŞƏRH
16:30 23.07.2026
Gündəm