Atəşkəsə aparan yol: Tərəflər masadadır, amma risk qalır
10:30 17.06.2025
Dünya
354
ABŞ Prezidenti Donald Tramp G7 ölkələrinin liderlərinə İran və İsrail arasında atəşkəs danışıqlarının artıq başladığını bildirib.
Bu barədə "CNN" ABŞ rəsmilərinə istinadla məlumat yayıb.
“Prezident Tramp G7 ölkələrinin liderlərinə İran və İsrail arasında atəşkəs danışıqlarının artıq başladığını bildirib”, - mənbə deyib.
ABŞ rəsmisi hələlik prosesdə (münaqişədə) yekunlaşma olmasa da, İran və İsrailin düzgün istiqamətdə irəlilədiyini vurğulayıb.
Xatırladaq ki, G7 ölkələrinin İsrail-İran manaqişəsinə həsr olunmuş sammiti 16-17 iyunda Kanadada keçirilib.
Politoloq Tural İsmayılov Sherg.az-a söyləyib ki, ABŞ Prezidenti Donald Trampın G7 liderlərinə verdiyi açıqlama, gərginlik fonunda diplomatik kanalların hələ də tam bağlanmadığını göstərir:
"Atəşkəs danışıqlarının başlaması, tərəflərin tammiqyaslı müharibənin risklərini dərk etdiyinin və bu riski azaltmaq istədiyinin göstəricisidir. Danışıqlar ehtimal ki, Qətər, Oman və ya İsveçrə kimi neytral vasitəçilər üzərindən aparılır. Hər iki tərəfin rəsmi səviyyədə bu cür təmasları inkar etməsi təəccüblü deyil – çünki daxili ictimaiyyət qarşısında sərt mövqeni qorumaq zəruridir. İsrail üçün əsas şərt – İranın Livan, Suriya və İraqdakı silahlı qruplar vasitəsilə hücumları dayandırması və nüvə proqramında şəffaflıq təmin etməsidir. İran isə əvəzində hava zərbələrinin və sanksiyaların dayandırılmasını, suverenliyinə hörmət göstərilməsini və nüvə fəaliyyətlərinə qarşı siyasi təzyiqlərin azaldılmasını istəyir. Bu şərtlər üzərində razılaşma asan deyil. Amma danışıqlar masasında qalmaq hər iki tərəfin marağındadır".
Analitik qeyd edib ki, münaqişənin yenidən alovlanması riski yüksək olaraq qalır:
"Çünki bölgədəki qeyri-dövlət aktorları və ideoloji təzyiqlər bu cür prosesləri tez bir zamanda poza bilər. Xüsusilə Hizbullah və HƏMAS kimi qrupların hərbi aktivliyi danışıqların gedişinə mənfi təsir edə bilər. Bununla belə, diplomatik təşəbbüslər müəyyən bir müvəqqəti sakitlik yaratmağa qadirdir. Danışıqların uğuru həm də beynəlxalq vasitəçilərin nə dərəcədə ədalətli və çevik olacağından asılıdır. Gedişat yeni bir status-kvonun formalaşması və hərbi eskalasiyanın minimuma endirilməsi istiqamətində davam edə bilər. Lakin hər an dəyişə biləcək balans içində bu "sabitlik" çox kövrəkdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub
17:01 17.09.2026
Gündəm
Azərbaycan gücü ilə haqlı olduğunu sübut etdi - Azər Həsrət
16:53 17.09.2026
Gündəm
Goranboyda əkin sahəsində 22 yaşlı şəxsin meyiti tapıldı
16:42 17.09.2026
Hadisə
100 yaşdan yuxarı insanların sayı 100 mini keçdi - Rekord
16:39 17.09.2026
Maraqlı
Tom Barrak: Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək
16:33 17.09.2026
Gündəm
Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək
16:18 17.09.2026
Gündəm
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq