Avropada təhlükə siqnalı: “Səssiz səfərbərlik” iddiası - 300 min rus hazırlanır

Qərb kəşfiyyat mənbələri Rusiyanın seçkilərdən sonra yeni hərbi səfərbərliyə imkan verəcək inzibati prosedurlar hazırlaya biləcəyini iddia edib.

Məlumatlara görə, bu proses 2022-ci ildəki kimi açıq və genişmiqyaslı səfərbərlik elan edilmədən həyata keçirilə bilər. Ən çox diqqət çəkən rəqəm isə 300 min nəfərdir. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl Rusiyanın bu sayda şəxsi səfərbər etməyi nəzərdən keçirdiyinə dair kəşfiyyat məlumatlarını açıqlamışdı.

Sherg.az xəbər verir ki, Qərb rəsmiləri Rusiyanın 300 minlik yeni qüvvəni cəbhəyə göndərmək üçün lazımi avadanlıq baxımından imkanlarının məhdud ola biləcəyini bildirirlər. Buna görə də açıq səfərbərlikdən daha çox, müqaviləli hərbçilərin sayının artırılması kimi “səssiz” üsullardan istifadə edildiyi iddia olunur.

Avropada narahatlıq yalnız Ukrayna müharibəsi ilə məhdudlaşmır. Rusiya tərəfindən kiberhücum, sabotaj, dezinformasiya və digər hibrid fəaliyyətlərin arta biləcəyi ilə bağlı xəbərdarlıqlar səslənir.

Bu fonda ABŞ-ın Avropadakı hərbi mövcudluğu, NATO-nun təhlükəsizlik tədbirləri və Rusiyaya qarşı yeni sanksiyalar da gündəmin əsas mövzuları olaraq qalır.