Avstriya ABŞ-nin İranla bağlı xahişini rədd etdi

Avstriya hökuməti neytrallıq qanununa istinadla ABŞ-nin İrana qarşı hərbi əməliyyatlar üçün hava məkanından istifadəsinə icazə verməkdən imtina edib.

Teleqraf xəbər verir ki, bu barədə Avstriya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik məsələ ilə əlaqədar Vaşinqtondan bir neçə sorğu aldıqlarını bildirib.

Müdafiə Nazirliyi qeyd edib ki, uzun müddətdir hərbi neytrallıq siyasətini davam etdirən Avstriya ABŞ üçün uçuşlara ümumi qadağa qoymayıb, amma müraciətləri hər bir hal üçün ayrıca nəzərdən keçirir.