
Aydın Sezer: Ümit Özdağın həbs edilməsi Türkiyədə siyasətin gəldiyi mərhələni göstərir
12:50 22.01.2025
Dünya
521
Ümit Özdağ, Türkiyənin Zəfər Partiyasının sədri, “ictimaiyyəti açıq-aşkar nifrət və düşmənçiliyə sövq etmək” cinayəti ilə bağlı prokurorluqda ifadə verdikdən sonra həbs edilib. Bu xəbərin yerli mətbuat tərəfindən yayılmasından sonra, Türkiyədəki siyasi mühitdə bu hadisə geniş müzakirələrə səbəb olub. Özdağ, xüsusilə miqrantlara qarşı sərt mövqeyi ilə tanınır və bir neçə dəfə bu mövzuda ifadələr vermişdi. Bu hadisə Türkiyədəki siyasi dinamikanı və müxalifət partiyalarının fəaliyyətini necə təsir edə biləcəyini göstərir. Ümit Özdağın həbs olunması, həmçinin onun tərəfdarları arasında təpkilərə və müxtəlif müzakirələrə yol aça bilər. Hələlik, bu məsələnin hüquqi gedişatının necə olacağı, həmçinin siyasi nəticələri barədə konkret məlumatlar yoxdur.
Türk siyasətçi və yazar Aydın Sezer “Sherg.az”a söyləyib ki, Zəfər Partiyasının sədri Ümit Özdağın həbs edilməsi Türkiyədə siyasətin gəldiyi mərhələni göstərir:

“Ümit Özdağ təkcə Türkiyədəki qaçqınlara qarşı deyil, eyni zamanda PKK üzərindən terror təşkilatları ilə də bağlı çox sərt açıqlamalar verən biriydi. Digər tərəfdən Abdullah Öcəlan ilə aparılan müzakilər çərçivəsində prezident Rəcəb Tayyib Ərdoğan və Dövlet Bahçeli türk və kürd barışına qarşı çıxanlara müvafiq tədbirlərin görüləcəyi ilə bağlı xəbardarlıq etmişdilər. Belə bir dönəmdə Ümit Özdağın həbs edilməsinin səbəbini suriyalı və əfqan qaçqınlarla yanaşı sülh prosesinin gələcəyi baxımından atılan addım olduğunu düşünürəm. Yerli mətbuat ilk dəfə bir siyasi partiya sədrinin həbs edilməsindən danışır. Lakin Türkiyədə kürdyönümlü Xalqların Demokratik Partiyasının (HDP) həmsədri, Böyük Millət Məclisinin deputatı Səlahəddin Dəmirtaş uzun zamandır həbsxanadadır. Görünən odur ki, iqtisadi böhranı, ekoloji mövzuları müxalifətin gündəmə gətirməsinin qarşısını almaq üçün Ak Parti belə addımlar atır. Sözügedən proses Beşiktaş Belediye Başkanı Rıza Akpolat və İstanbul Büyükşehir Belediye Başkanı Ekrem İmamoğlu haqqındakı fikirlərdə də özünü göstərir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya