Azərbaycanlı Cahangir Zakiroğlu kosmosa yola düşəcək
11:39 07.06.2024
Dünya
652
O, uçuş zamanı uniformasında Türkiyə bayrağının yanında Azərbaycan bayrağının da olacağını deyib
Türkiyənin ilk astronavtı Alpər Gezeravcıdan sonra ikinci astronavtı da kosmosa yola düşəcək. Bu, Tuva Cihangir Ataseverdir. Onun iyunun 8-də kosmosa yola düşəcəyi bildirilir. Bu barədə Türkiyə mediası xəbər verib. Bu xəbərin özəlliyi həm də ondadır ki, Tuva Cihangir Atasevər əslən Azərbaycan türküdür. Onun atası Zakir Atasevər Ağrının Eləşkirt bölgəsindəndir. Ağrı Qafqaz, o cümlədən Azərbaycandan vaxtilə köç etmiş türk ailələrinin məskən saldığı yer kimi də tanınır. Eləşkirtdə həm Qafqaz, həm Azərbaycan, həm də Ahıska türkləri məskunlaşıb. Azərbaycan türklərinin əsasən köçəri tərəkəmələr olduğu deyilir. Tuva Cihangir Atasevərin atası Zakir Atasevərin də Azərbaycan türkü olduğu bildirilir. O, ixtisasca inşaaat mühəndisidir, özəl sektorda müxtəlif inşaat layihələrinin icrasında çalışıb. Oğlu Cihangir isə 12 avqust 1992-ci ildə Ankarada doğulub. Qeyd edilir ki, Tuva Cihangir kosmosa uçuş zamanı uniformasında Türkiyə bayrağının yanında Azərbaycan bayrağının da olacağını deyib. Cihangir Atasevər elektrik və elektronik mühəndisliyi bölümündə lisey təhsili alıb, liseyi bitirdikdən sonra təhsilini Ankara Bilkənt Universitetində davam etdirib. Bundan sonra isə ABŞ-nin Kaliforniya Universitetində ali təhsilini tamamlayıb. Türkiyəyə dönən Atasever 5 il “Roketsan” şirkətində aviasiya mühəndisi olaraq çalışıb. 2022-ci ilin may ayında Türk Uzay Yolcusu və Uzay Missiyası vəzifəsini yerinə yetirmək üçün 2 nəfərin seçiləcəyi açıqlanıb. Namizədlərin Türk Uzay Agentliyinin internet səhifəsində qeydiyyatdan keçməli olduqları bildirilib. 36 min namizəd kosmik proqramda iştirak üçün müraciət edib. Onlardan 30 nəfəri seçilərək Ankaraya dəvət edilib. Kosmosa ilk yola düşəcək astronavtların adı isə 2023-cü ilin aprel ayında Türkiyə Cümhiriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən “TEKNOFEST'” festivalında açıqlanıb. R.T.Ərdoğan ilk astronavtların Alpər Gezeravcı və Tuva Cihangir Atasever olduğunu elan edib. Türkiyənin ilk astronavtı Alpər Gezeravcı 9 fevral 2024-cü ildə Yer kürəsinə geri dönüb. Bundan sonra ikinci astronavtın 2024-cü ilin iyun ayında kosmosa yola salınacağı və onun kosmosda 7 elmi tədqiqat aracağı bildirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu gün bir sıra rayonlarda işıq olmayacaq
02:49 23.09.2026
Cəmiyyət
"Yuventus" cərimələndi - Səbəb
02:12 23.09.2026
Futbol
Paşinyan bu türk ölkəsinə səfər edəcək
01:22 23.09.2026
Cənubi Qafqaz
Azərbaycan və Kolumbiya arasında viza rejimi ləğv edilib
01:01 23.09.2026
Siyasət
Azərbaycan ilə Banqladeş arasında viza rejimi sadələşdirilir
00:18 23.09.2026
Siyasət
Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü
23:57 22.09.2026
Aktual
Ərdoğandan Fələstini tanımayan ölkələrə çağırış...
22:58 22.09.2026
Dünya
Zelenski və Tramp Nyu-Yorkda görüşdü
22:15 22.09.2026
Gündəm
Yalçın Rəfiyev BMT Baş Assambleyasında çıxış etdi
22:02 22.09.2026
Siyasət
Pezeşkianın təyyarəsi Əlcəzairdə eniş etdi
21:36 22.09.2026
Gündəm
Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
21:01 22.09.2026
Dünya
Saatlar 1 saat geri çəkiləcəkmi?
20:51 22.09.2026
Dünya
Quterreş BMT tribunasında vida çıxışı etdi
20:28 22.09.2026
Dünya
Tramp Qrenlandiya və Danimarka ilə təhlükəsizlik sazişi imzalayıb
20:07 22.09.2026
Gündəm