Baş katib: Ukrayna müharibəni uduzsa, NATO trilyonlarla dollar xərclə üzləşəcək
08:34 23.01.2025
Dünya
317
NATO Baş katibi dünya liderlərini Ukraynaya dəstəyi azaltmağa yox, gücləndirməyə çağırıb.
APA xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte Davosda keçirilən Dünya İqtisadi Forumunda Ukrayna mövzusuna həsr olunmuş tədbirdə deyib.
“Biz həqiqətən addım atmalıyıq və Ukraynaya dəstəyimizi azaltmamalıyıq”, - Baş katib bildirib.
Mark Rutte müharibənin trayektoriyasını dəyişdirməyin vacib olduğunu diqqətə çatdıraraq cəbhə xəttinin yanlış istiqamətdə hərəkət etdiyi barədə xəbərdarlıq edib.
Onun sözlərinə görə, bunu etmək üçün üç mühüm səbəb var: “Birincisi, Ukraynanın özü üçün. Biz 21-ci əsrdə bir ölkənin digər ölkəni işğal etməsinə və onu müstəmləkə etməyə cəhd etməsinə icazə verə bilmərik. İkincisi, ona görə ki, Çin, Şimali Koreya, İran və Rusiya birgə işləyir. Pis razılaşma Rusiya Prezidentinin Şimali Koreya, İran və Çin liderləri ilə “afərin” deməsi deməkdir. Üçüncüsü, ona görə ki, Ukrayna müharibəni uduzsa, NATO üzvləri öz ordusunu gücləndirmək üçün trilyonlarla əlavə xərclə üzləşəcəklər ki, bu da bu gün nəzərdə tutulduğundan çox-çox daha yüksəkdir”.
Rutte əlavə edib ki, Ukraynanın NATO-ya üzv olacağına dair öhdəlik var: “Əgər Vladimir Putin danışıqlar masasına gətirilə bilərsə, vacib olan davamlı sülhü təmin etməkdir. Bunun davamlı olması üçün biz əmin olmalıyıq ki, Putin gələcəkdə heç vaxt, heç vaxt və bir daha Ukraynanın bir kvadrat kilometrini almağa cəhd etməyəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya