Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç belarusları Rusiyanın sərhəd bölgələrinə səyahət etməkdən çəkinməyə çağırıb.
Axar.az xəbər verir ki, bu barədə BelTA agentliyi məlumat yayıb.
"Belarus prezidenti dəfələrlə çıxış edərək deyib: Əziz belaruslar, xahiş edirəm bu gün Rusiyaya, xüsusən də sərhəd bölgələrinə səyahət etməkdən çəkinin. Əziz həmvətənlər, xahiş edirəm bu gün səyahət etməkdən çəkinin. Özünüzü, yaxınlarınızı və sizinlə birlikdə səyahət edənləri riskə atırsınız. Xüsusi hərbi əməliyyat bitənə qədər heç kim bu cür səfərlərdə təhlükəsizliyinizə zəmanət verə bilməz", - deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Ukrayna PUA-sının Minsk-Anapa marşrutu üzrə hərəkət edən turist avtobusuna zərbə endirməsi nəticəsində 3 nəfər xəsarət alıb.