Belçika polisi Avropa İttifaqının Brüsseldəki diplomatik xidmət ofisinə və şəxsi evlərə basqın edib.
APA “Euractiv”ə istinadən xəbər verir ki, buna səbəb Aİ-nin maliyyə ehtiyatlarından sui-istifadə olunması ilə bağlı şübhələrdir.
Bildirilir ki, bu gün səhər saatlarında Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) qərargahına həyata keçirilən basqında 10 nəfər mülki formada olan belçikalı polis iştirak edib.
Bundan başqa Avropa Kolleci təşkilatının ofisinə də polis tərəfindən basqın edilib.
Məlumatlı mənbələrin sözlərinə görə, buna səbəb sözügedən təşkilatın Aİ maliyyə mənbələrini 2021-2022-ci illər ərzində sui-istifadə etməsidir.
Hələlik Belçika polisinin ümumi basqınlarda bir sıra sənədləri ələ keçirdiyi, 3 nəfəri həbs etdiyi və sorğu-suala çəkdiyi bildirilir.
Araşdırma davam edir.