Rusiyanın Belqorod vilayətinin Qrayvoron rayonunun rəhbəri Dmitri Pankov pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində yaralanıb.
Sherg.az xəbər verir ki, bu barədə vilayətin operativ qərargahı məlumat yayıb.
Bildirilib ki, Qolovçino kəndində PUA-nın partlaması nəticəsində Pankov bud nahiyəsindən qəlpə yarası alıb. O, xəstəxanaya çatdırılıb. Həkimlərin qiymətləndirməsinə görə, yaralının vəziyyəti orta ağırdır və ona zəruri tibbi yardım göstərilir.
Məlumata görə, hücum zamanı rayon rəhbərinin xidməti avtomobilinə də ziyan dəyib.
Qeyd edək ki, Rusiya tərəfi son dövrlər Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayəti də daxil olmaqla sərhədyanı ərazilərə pilotsuz uçuş aparatları və digər vasitələrlə mütəmadi hücumlar təşkil etdiyini bildirir.