Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Ukraynada müharibənin sonlandırılması üçün Kremllə gizli kontakt qurmağa çalışır.
Bu barədə “Bloomberg“ məlumat yayıb.
Məlumata görə, Koştanın müşaviri artıq iki dəfə Rusiya Prezidenti Vladimir Putinə yaxın rəsmilərdən biri ilə təmasda olub.
Bu təmasların məqsədinin Ukrayna ilə bağlı gələcəkdə baş tuta biləcək danışıqlar üçün zəmin yaratmaq olduğu bildirilib.
Koştanın ofisi və Kreml “Bloomberg“in sorğusuna cavab verməkdən imtina edib.