İran rəsmiləri noyabrda ABŞ-də keçiriləcək aralıq seçkilərinədək atəşkəs razılaşmasının əldə olunması perspektivlərinə bədbin yanaşırlar.
Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, ötən həftə Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən danışıqlarda ciddi irəliləyiş əldə olunmayıb.
İran rəsmiləri ABŞ-də keçiriləcək seçkilərdən sonra münaqişənin yenidən kəskinləşməsi ehtimalından narahatdırlar.
ABŞ Prezidenti Donald Tramp isə daha əvvəl İranla müharibənin noyabrda Konqresə keçiriləcək seçkilərdən dərhal sonra, hətta seçkilərədək başa çata biləcəyinə əminliyini ifadə edib.
ABŞ Konqresinə aralıq seçkilər noyabrın 3-də keçiriləcək. Seçkilərdə Senatın 100 üzvündən 33-ü və Nümayəndələr Palatasının bütün 435 üzvü yenidən seçiləcək.
“Bloomberg”in əvvəlki məlumatına görə, ABŞ və İran Hörmüz boğazının yenidən açılması və İran limanlarına tətbiq edilən blokadanın aradan qaldırılması ilə bağlı mərhələli razılaşma imkanlarını da müzakirə ediblər.