Braziliya Prezidenti təcili xəstəxanaya yerləşdirilib
14:43 03.01.2022
Dünya
636
Braziliya Prezidenti Jair Bolsonaru ehtimal ki, yenidən bağırsaq keçirməzliyi səbəbindən xəstəxanaya yerləşdirilib.
“Report”un məlumatına görə, bu barədə “Agence France-Presse” xəbər verir
Qeyd edək ki, Bolsonaru 2021-ci ilin iyulunda da eyni səbəbdən xəstəxanaya yerləşdirilib. O, dörd gün xəstəxanada qaldıqdan sonra evə buraxılıb.
Braziliya mediasının məlumatına görə, Bolsonaru bazar ertəsi səhər tezdən təcili xəstəxanaya yerləşdirilib. Ölkə lideri ölkənin cənubunda istirahətini yarımçıq qoymağa məcbur olub. Xəstəxanadan bildirilib ki, hazırda onun vəziyyəti sabitdir.
“(Prezidentin) bağırsaq subokklyuziyası var, vəziyyəti sabitdir, müalicəsi davam edir”, - məlumatda deyilir.
Prezident Bolsonarunun özü bildirib ki, əməliyyat oluna bilər. "Məni mümkün bağırsaq keçirməzliyi əməliyyatı üçün müayinə edəcəklər", - dövlət başçısı tviterdəki hesabında yazıb.
Bolsonaru bazar günü yemək yedikdən sonra özünü pis hiss etdiyini bildirib.
Xatirladaq ki, 2018-ci ildə sui-qəsd cəhdindən sonra Braziliya Prezidentinin səhhətində problemlər mövcuddur. Bolsonaru seçkilərə təxminən bir ay qalmış Minas Jerays ştatının Juiz-di-Foru şəhərində seçki mitinqində bıçaqlanıb. Bıçaq bağırsaqları qanla təmin edən arteriyanı zədələyib. O, bundan sonra bir neçə cərrahi əməliyyat keçirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət