Britaniya Baş naziri Trampın İranla müharibəyə qoşulmaq üçün təzyiqlərinə boyun əyməyəcək

İranla müharibəyə qoşulmaq üçün ABŞ Prezidentinin təzyiqlərinə boyun əyməyəcəm.

BBC xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Keir Starmer parlamentdə çıxışı zamanı bildirib.

“Mən fikrimi dəyişməyəcəm, təzyiqlərə boyun əyməyəcəm. Bu müharibəyə qoşulmaq milli maraqlarımıza uyğun deyil və biz bunu etməyəcəyik”, - Baş nazir Donald Trampın ABŞ-ın Britaniyadan kömək istədiyi zaman onların yanında olmaması haqda sözlərinə cavab olaraq qeyd edib.