Britaniya hökuməti: 2 rus oliqarxın aktivləri dondurulub
Yusif Nəzərli
10:30 15.04.2022
Dünya
1525
Britaniya hökuməti 2 rus oliqarx- Yevgeni Tenenbaum və David Davidoviçin 10 milyard funt sterlinq dəyərində aktivlərinin dondurulduğunu bildirib.
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, İngiltərə Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, Tenenbaum və Davidoviçə qarşı alınan sanksiya qərarı ilə fevral ayından bəri sanksiyaya məruz qalan rusiyalı oliqarxların sayının 106-ya çatdığı bildirilib. Verilən açıqlamada Davidoviçə səfər qadağasının da verildiyi qeyd edilib.
İngiltərə Xarici İşlər Naziri Liz Truss, sözügedən sanksiya qərarı ilə bağlı bildirib ki, bu Böyük Britaniya tarixindəki ən böyük aktiv dondurma sanksiyasıdır.
"Putin Ukraynada uğursuzluğa düçar olana qədər biz sanksiyaları davam etdirəcəyik. Heç nə və heç kim masadan kənarda deyil", - Truss deyib.
Qeyd edək ki, İngiltərə dünən Avropa İttifaqı ilə koordinasiyalı olaraq, qeyri-qanuni separatçı bölgələrə dəstək verən 178 nəfərə sanksiya tətbiq etmək qərarına gəlib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-də təyyarə qəzası: 5 nəfər həyatını itirib
18:58 01.05.2026
Dünya
Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
18:53 01.05.2026
Siyasət
Prezidentin köməkçisi: BQXK-nın bu işini qənaətbəxş hesab etmirik
18:33 01.05.2026
Siyasət
Ombudsman Aparatı təhsil müəssisələrində monitorinqlər keçirdi
18:27 01.05.2026
Ölkə
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm