Böyük Britaniya Ukraynaya "Stone Cloak" radioelektron mübarizə sistemi ilə bağlı əqli mülkiyyət hüquqlarını verməyi planlaşdırır.
Sherg.az xəbər verir ki, bu barədə Britaniya Baş nazirinin ofisi məlumat yayıb.
Bildirilib ki, bu addım sistemin Ukraynada sənaye miqyasında istehsalına imkan yaradacaq. Planşet ölçüsündə olan "Stone Cloak" pilotsuz uçuş aparatlarının hədəfi aşkarlamasını çətinləşdirən radioelektron mübarizə sistemidir.
Qeyd edək ki, Böyük Britaniya indiyədək Ukrayna ordusuna bu tip minlərlə cihaz təqdim edib.