
Brüsselin Pekinə yumşaq siyasəti - RƏY
23:06 12.12.2023
Dünya
465
Çünki Çin Tayvanı ələ keçirmək istəsə, bu, Avropanın maraqlarına da zidd olacaq
Pekində Çin-Avropa İttifaqı sammiti keçirildi. Bu, Brüssellə Pekin arasında yüksək səviyyədə keçirilən sayca 16-cı məsləhətləşmələr idi. Sonuncu məsləhətləşmələr 2019-cu ildə baş tutmuşdu. Çin lideri Si Cinpin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen ilə fikir mübadiləsi aparıb. Tərəflər əməkdaşlığa dair müsbət fikirlər söyləsələr də, Si Cinpinin Çinlə Avropa İttifaqı arasında hərtərəfli strateji tərəfdaşlığın 20 ilinin tamam olması ilə bağlı fikirləri diqqətçəkəndir. Çin lideri bildirib ki, tərəflər qarşılıqlı faydalı əməkdaşlıq üçün tərəfdaşlıq etməli, ikitərəfli siyasi etimadı daim gücləndirməli, strateji konsensusu formalaşdırmalıdırlar.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Sherg.az"a bildirib ki, tərəflər arasında konsensus yoxdur. Ekspertin sözlərinə görə, Avropa İttifaqı ABŞ-dən fərqli olaraq Çinlə açıq qarşıdurmadan çəkinir:

"Brüssel Pekinlə qarşılıqlı faydalı əməkdaşlığın davam etməsini istəyir. Pekin də Vaşinqtonla münasibətlərdəki gərginlikdən fərqli olaraq Brüssellə münasibətlərdə problem istəmir. Çünki Avropa ölkələri Çinin əsas tərəfdaşlarındandır. Bundan başqa Çinin Avropanın müxtəlif ölkələrinə milyardlarla avro yatırımları mövcudddur.
Buna baxmayaraq, Brüssellə Pekin arasında fikir ayrılıqları ortadan qaldırılmayıb. “Bloomberg” agentliyinin məlumatına görə, Brüssel əvvəlkitək Pekinin Ukrayna müharibəsiylə bağlı Moskvaya təsir etməsini istəyir. Ancaq Pekin Ukraynaya qarşı işğalçı müharibənin dayandırılması üçün heç nə etmir. Brüsselin Pekinə iqtisadi zəmində də iradı var. Pekinin Çində istehsal olunan elektrik avtomobillərinə dövlət subsidiyaları ayırması Brüsselin narazılığına səbəb olur. Çünki bu, bərabər rəqabətə maneədir. Avropa İttifaqı rəsmiləri Çindən iqtisadi asılılığı azaltmağı hədəfləyiblər. Pekinin isə Brüsselə iradı odur ki, Avropa İttifaqı Çin şirkətlərinin hüquqlarını tez-tez pozur. “Politico” nəşri diqqəti ona yönəldir ki, bu kimi səbəblərə görə Pekin və Brüssel vahid mövqe ifadə edən ortaq bəyanat verə bilmirlər".
Analitik vurğulayıb ki, NATO-nun keçmuş baş katibi Foq Rasmussen Avropa İttifaqının Çinə qarşı Tayvanı dəstəkləməsi vacibliyini bildirib: "Bununla əlaqədar “The Financial Times” qəzetində onun məqaləsi yayımlanıb. Məqalədə Pekinin dünyada baş verən hadisələrə reaksiyasi sərt tənqid olunub. Rasmussen hesab edir ki, Brüsselin Pekinə yumşaq siyasəti doğru deyil. Çünki Çin Tayvanı ələ keçirmək istəsə, bu, Avropanın maraqlarına da zidd olacaq. Yaponiya rəsmiləri də Rasmussenin narahatlığını bölüşürlər. Tayvanda problem çıxsa, yüz minlərlə ada sakini Yaponiyaya axın edəcək. Avropa ölkələrindən Litva və Çexiya da Tayvana dəstəyin artırılmasının tərəfdarıdırlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qızqaçırma cəsarət deyil, caniləşmənin əlamətidir - Psixoloq
21:54 07.04.2026
Sosial
İraqdan Suriyaya gözlənilməz hücum...
21:28 07.04.2026
Region
Çin BMT TŞ-nin Hörmüz boğazına dair qətnaməsinə veto qoyub
21:13 07.04.2026
Dünya
Ağ Ev Vensi təkzib etdi - İrana nüvə zərbəsi endirilməyəcək
20:29 07.04.2026
Dünya
Göygöldə qəza olub, xəsarət alanlar var
20:09 07.04.2026
Hadisə
ABŞ Bəhreyndəki vətəndaşlarını sığınacaqlarda qalmağa çağırıb
19:58 07.04.2026
Dünya
İt dişlədi, həyatı dəyişdi: Məhkəmədə rekord təzminat aldı
19:22 07.04.2026
Hadisə
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
19:10 07.04.2026
Gündəm
Aaron Ramsey 35 yaşında futbolu buraxdı
18:59 07.04.2026
Futbol
Dostunun evindən pul oğurlayıb motosiklet alan şəxs saxlanılıb
18:37 07.04.2026
Hadisə
Netanyahu: İranın dəmir yolları və körpülərinə hücuma başlamışıq
18:30 07.04.2026
Dünya
Dialoq dayandırıldı: Tehran Vaşinqtonla bütün kanalları bağladı
17:56 07.04.2026
Dünya
Vens Orbanın seçkilərdə qalib gələcəyinə əmindir
17:11 07.04.2026
Dünya