Buça soyqırımı! – “Qətliamın ssenari müəllifi Rusiyadır” - Dünya susmasın!
Yusif Nəzərli
12:29 05.04.2022
Dünya
1263
“ABŞ və Böyük Britaniya prosesdə daha qətiyyətli addımlar atmalıdırlar”
“Buça qətliamı belə sakitliklə ötüb keçməməlidir. Buna mütləq şəkildə hərbi və ya digər yollarla cavab verilməlidir”
Martın 31-də Rusiya qoşunları Buçanı tərk edəndən sonra şəhərdə çoxsaylı hərbi cinayətlər – mülki əhalinin öldürülməsi, işgəncələr, zorlamalar və talan faktları aşkarlanıb. Azad edilmiş Buçada jurnalistlərin çəkdiyi və mülki şəxslərin meyitlərinin əks olunduğu fotolar yayılıb.
Hadisə bir sıra ekspertlər tərəfindən soyqırımı aktı kimi qiymətləndirib. Rusiya Müdafiə Nazirliyindən isə bildirilib ki, rus qoşunları Buçanı martın 30-da tərk edib,şəhərdən çəkilmiş foto və videogörüntülərin səhnələşdirilib və təxribatdır. Bununla əlaqədar Rusiya Buça hadisələrini müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını tələb edib.
Siyasi şərhçi Rusif Məmmədsoy bu barədə “Sherg.az”a danışarkən bildirib ki, Buçada baş verən bu qətliam sadəcə müharibə cinayəti deyil, eyni zamanda insanlığa ləkədir:
“Bunun ssenari müəllifi Rusiyadır. Biz Xocalı eləcə də digər qətliamların iştirakçısı olmuş bir dövlətdən danışırıq. Müzakirə mövzusu Rusiyadır və onun başında insan faktoruna heç bir önəm verməyən Putin durur. Ona qarşı mütləq şəkildə addımlar atılmalıdır. Əks halda Putinin qarşısını almaq çox çətin olacaq. İndi Rusiya tərəfinin əsas rahatlıq səbəbi nüvə silahına sahib olmasıdır. Onu neytrallaşdırmaq da çox çətindir.Çünki Putini divara dirədikcə onun nüvə silahından istifadə potensialı daha da artır”.
Analitik diqqətə çatdırıb ki, Rusiya daxilində Ukraynaya qarşı müharibənin əleyhinə olan insanlar olsa da, Putinə dəstək verənlərin sayı daha çoxdur:
“Putinin geniş əl-qol açmasının əsas səbəblərindən biri də budur. Xalq ona güvəndiyi üçün rəsmi Moskvanın düzgün addım atdığını düşünür. Rusiya mediası da belə məqamda öz təbliğat işini yaxşı yerinə yetirir”.
R.Məmmədsoy hesab edir ki, Qərb hazırkı prosesin qarşısını almaq üçün nələrsə etməyə çalışacaq:
“Xüsusilə də ABŞ və Böyük Britaniya prosesdə daha qətiyyətli addımlar atmalıdırlar. Buça qətliamı belə sakitliklə ötüb keçməməlidir. Buna mütləq şəkildə hərbi və ya digər yollarla cavab verilməlidir”.
Analitikin qənaətincə, indi Rusiyanın qarşısını almaq üçün ona mütləq şəkildə daxildən təzyiq göstərmək lazımdır:
“Əks halda dünya yeni nüvə savaşı ilə qarşılaşa bilər. Artıq bu qaçınılmaz hala çevrilib. Bunun da əsas səbəbkarlarından biri Qərbdir. Çünki Qərb 2008-ci eləcə də 2014-cü ildə Rusiyaya qarşı hazırkı ritorkanı sərgiləsəydi o heç bir halda Kiyevə qədər gəlib çıxmaz,eləcə də, Buça faciəsini törətməzdi.
Bu soyqırımı törədən şəxslər ən sıravi əsgərinə qədər hər biri mütləq şəkildə məhkəmə qarşısında cavab verməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə