“Cinayətkar keçmişlərinin hesabını vermək əvəzinə məsələni ata-baba dövrünə qədər aparırsalar da, biz həqiqətləri deməkdən çəkinməyəcəyik”.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan babası barədə ona sual ünvanlayan müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özələ cavabında deyib.
“CHP sədri hər dəfə küncə sıxışanda ya topu auta vurur, ya aqressivləşir, ya da cəfəngiyat danışır. Yenə eyni şeyi edib. Sarıqamışda şəhid olmuş babamın bir əsr əvvəl harada olduğunu soruşur. Gənclər təşkilatımız bu siyasət naşısına layiq olduğu cavabı verib.
İstanbul əhalisinin vəsaitlərini talayan, cinayət şəbəkəsi üçün poçt göyərçinliyi etməyi məharət sayan bu şəxs üçün daha artıq nəfəs sərf etməyi israf sayıram. Allahdan diləyim budur ki, ona ağıl versin”, - Türkiyə lideri bildirib.
CHP sədrinin təpkilərə yol açan açıqlaması belədir:
“Türkiyəni xilas edən, demokratiyanı quran, demokratiyanı gətirən yeganə partiya vardı. Biz oradaydıq, babalarımız oradaydı. Bunu CHP etdi. Sənin baban haradaydı?”.