CHP-nin Türkiyə Böyük Millət Məclisindəki (TBMM) parlament fraksiyasının sədri vəzifəsinə Tekirdağ millət vəkili Faik Öztrak seçilib.
Sherg.az xəbər verir ki, qərar CHP-nin Baş katibi Kamal Kılıçdaroğlunun sədrliyi ilə keçirilən qapalı fraksiya iclasında qəbul edilib.
Fraksiya sədri postu uğrunda Faik Öztrak və Elazığ millət vəkili Gürsel Erol mübarizə aparıb. İlk iki səsvermə turunda namizədlər tələb olunan səs çoxluğunu toplaya bilməyiblər. Daha sonra Gürsel Erol namizədliyini geri götürüb və üçüncü turda Faik Öztrak fraksiya sədri seçilib.
İclasda, həmçinin fraksiya sədrinin müavinləri də müəyyənləşdirilib. Səsvermənin nəticəsinə əsasən, İzmir millət vəkilləri Sevda Erdan Kılıç və Rahmi Aşın Türeli CHP fraksiya sədrinin müavinləri seçiliblər.