Çin ABŞ və İranı atəşkəsə əməl etməyə çağırıb

Çin ABŞ və İran arasında atəşkəs rejiminə əməl olunacağına ümidini ifadə edib.

Teleqraf xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Lin Tszyan "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Onun sözlərinə görə, İslamabadda ABŞ və İran arasında aparılan danışıqlar deeskalasiya yolunda mühüm addım olub:

"Çin ümid edir ki, atəşkəsə riayət olunacaq, mübahisələr müharibəni alovlandırmaqla deyil, siyasi və diplomatik vasitələrlə həll ediləcək. Hörmüz boğazında gərginlik mümkün qədər tez aradan qalxmalıdır".