Çin Azərbaycanın COP29-da sədrliyini tam dəstəkləyir
16:48 26.09.2024
Dünya
294
Çin Azərbaycanın COP29-da sədrliyini tam dəstəkləyir.
“Report” xəbər verir ki, bunu Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao Çin Xalq Respublikasının yaradılmasının 75 illiyinə həsr olunmuş tədbirdə deyib.
Onun sözlərinə görə, Çin Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan ədalətli qlobal iqlim idarəetmə sisteminin yaradılmasına sadiqdir.
“Ölkələrimiz arasında praktiki əməkdaşlıq dərinləşməkdə davam edir. Bu ilin ilk 7 ayında ikitərəfli ticarət dövriyyəsi illik müqayisədə 21,9 % artaraq rekord səviyyəyə çatıb. “Bir kəmər və bir yol” təşəbbüsü Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində koordinasiyanı sürətləndirməyə kömək edir, çünki bu marşrutun cənub hissəsində Azərbaycandan keçən Çin-Avropa dəmir yolu ekspreslərinin sayı sürətlə artır”, - o bildirib.
Din Tao qeyd edib ki, Çin və Azərbaycan arasındakı ticarət dövriyyəsi də dinamik artım nümayiş etdirir. Onun sözlərinə görə, Azərbaycan məhsulları Çində getdikcə daha çox tanınır.
“Çin-Azərbaycan münasibətlərinin ötən 32 ili göstərdi ki, ölkələr suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət, başqa bir dövlətin daxili işlərinə qarışmamaq, bərabərlik və qarşılıqlı fayda, habelə dinc yanaşı yaşamaq prinsiplərinə sadiq qalaraq, müxtəlif sosial sistemlər, ideologiyalar və tarixlərlə uğurla əməkdaşlıq edə bilirlər”, - o söyləyib.Çinin müvəqqəti işlər vəkili vurğulayıb ki, iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq inkişaf edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrail və Livan arasındakı atəşkəs üç həftə uzadılacaq
02:58 24.04.2026
Dünya
Robert Pattinson ailəsi ilə görüntüləndi
02:22 24.04.2026
Şou
Avropa bölücü xətt çəkir, hazır olmalıyıq - Peskov
01:54 24.04.2026
Ekologiya
Müctəba Xamenei: İranlıların birliyi ABŞ-ni sarsıdıb
01:03 24.04.2026
Dünya
“Trabzonspor” və “Beşiktaş” Türkiyə kubokunun yarımfinalına çıxıb
00:44 24.04.2026
Futbol
Tramp: “Mənim vaxtım çoxdur, İranın isə yoxdur”
00:44 24.04.2026
Gündəm
Tramp: İranla müharibəni bitirməyə tələsmirəm
00:22 24.04.2026
Dünya
Tramp: İran məsələsində NATO-nun dəstəyinə ehtiyac yox idi
23:59 23.04.2026
Dünya
Makron seçkilərdən sonra siyasətdən gedəcəyini açıqladı
23:22 23.04.2026
Dünya
Tehranın bəzi rayonlarında HHM sistemləri işə düşüb
22:26 23.04.2026
Region
ABŞ Yaxın Şərqə yeni qırıcılar göndərib
22:08 23.04.2026
Region
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm