Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı

“Çin Finlandiyaya gizli şəkildə Rusiyanın nüvə silahından istifadəsinin qarşısını alacağına dair zəmanət verib”.

Teleqraf xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb “Politico"ya deyib.

“Bu yay Çin xarici işlər naziri (Van Yi) ilə görüşdə (Rusiyanın nüvə silahından istifadə) məsələsini qaldırdım. Bildirdi ki, Çin buna heç vaxt icazə verməyəcəyik. Fikrimcə, bu, kifayət qədər yaxşı maneədir”, - o qeyd edib.

Finlandiya Prezidentinin sözlərinə görə, Rusiya avropalıları gərginlik içində saxlamaqdan, onları nüvə eskalasiyası və ya NATO-ya birbaşa hücum ehtimalı barədə düşünməyə məcbur etməkdən faydalanır.

Stubb Avropanın sakit və təmkinli qalmalı olduğunu vurğulayıb: “Rusiya istəyir ki, biz - avropalılar burada oturub Rusiyanın müharibəni genişləndirib-genişləndirməyəcəyini, nüvə silahından istifadə edib-etməyəcəyini və NATO-ya, yaxud Avropaya hücum edib-etməyəcəyini düşünək”.