CNN: ABŞ zənginləşdirilmiş uranı ələ keçirmək üçün İranda yerüstü əməliyyat planlaşdırır

ABŞ-nin yüksək rütbəli hərbçiləri İranda zənginləşdirilmiş uran ehtiyatlarını ələ keçirmək üçün yerüstü əməliyyat planı hazırlayıblar.

Teleqraf xəbər verir ki, bu barədə CNN-in mənbələrə istinadən məlumat yayıb.

Televiziya kanalının məlumatına görə, ötən ayın sonlarında ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn Floridadakı ABŞ Mərkəzi Komandanlığının qərargahına təcili səfər edib və orada mümkün əməliyyatla bağlı qapalı brifinqdə iştirak edib. Daha sonra o, ABŞ Prezidenti Donald Trampa mümkün variantlar barədə məlumat verib.

CNN-in qeyd etdiyi kimi, ABŞ administrasiyası yüksək riskli yerüstü əməliyyatı təsdiqləməyə yaxın olub, lakin Tramp İranın mümkün sərt cavabı, Amerika qoşunları arasında əhəmiyyətli itkilər riski və qlobal iqtisadiyyatın daha da qeyri-sabitləşməsi təhlükəsini nəzərə alaraq plana qarşı çıxıb.