CNN: Rusiya muzey eksponatlarını müharibəyə göndərir
CNN: Rusiya muzey eksponatlarını müharibəyə göndərir
Yusif Nəzərli
04:57 09.05.2023
Dünya
502
Rusiya ilk dəfə 1948-ci ildə Sovet İttifaqının Qırmızı Ordusu tərəfindən istifadə edilmiş T-55 tanklarını Ukraynaya qarşı müharibəyə göndərir.
Məlumata görə, cəbhəyə göndərilən modellərdən bəzilərinə muzeylərdə rast gəlmək olar.
Duksforddakı (İngiltərə) İmperator Müharibə Muzeyinin baş kuratoru, tarixçi Con Delaninin sözlərinə görə, Soyuq Müharibə dövründə Sovet İttifaqının istifadə etdiyi ilk əsas döyüş tankı məhz T-55 olub. Rusiya 1980-ci illərdə T-55-i istismardan çıxarmağa başlayıb. Bununla belə, onlar utilizasiya olunmayaraq anbarlara yığılıblar.
Aprelin 21-22-də çəkilmiş peyk görüntüləri Rusiyanın ölkənin uzaq şərqindəki Arseniyevdəki bazadakı anbardan onlarla köhnə tankı daşıdığını göstərir. Həmçinin, aprel ayında Qərb rəsmiləri də cəbhə xətti yaxınlığında köhnə tankları gördüklərini bildiriblər.
ABŞ-nin keçmiş dəniz piyadası və ABŞ Xarici Siyasət Araşdırmaları İnstitutunun baş elmi işçisi Robert Li qeyd edib ki, Rusiya Ukrayna ilə müharibədə çoxlu texnikasını itirib və yenilərini istehsal etməkdə çətinlik çəkir.
“Onlar yeni tanklar hazırlayırlar, hələ də T-90-ları istehsal edirlər. Lakin tələb olunan miqyasda işin öhdəsindən gələ bilmədiklərindən, getdikcə daha çox köhnə tanklara etibar edirlər”, - deyə o, vurğulayıb.
Bundan əlavə, Kral Birləşmiş Xidmətlər İnstitutunun Müdafiə, Sənaye və Cəmiyyət Proqramının direktoru Trevor Taylor bəyan edib ki, Qərbin sanksiyaları Rusiyanın silah istehsalını ləngidir.
Ekspertlərin fikrincə Rusiya T-55-dən ilk növbədə arxa xətdə uzaq məsafədən atəş üçün istifadə edə bilər. Belə ki, köhnə tankların bu cür istifadəsi statik müdafiə mövqeləri üçün effektivdir. Həmçinin, Rusiya tədricən daha geniş miqyasda az təlim keçmiş çağırışçılar ordusuna etibar etməli olur. Bu baxımdan, T-55 tanklarını istifadə etmək zəif təlim keçmiş əsgərlər üçün daha asandır.
Lakin istənilən halda T-55-lər hər dəfə “Leopard” və ya “Challenger”ə qarşı tank döyüşlərində məğlub olacaqlar.
Mənbə: CNN
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyadan İsrailə: Bu sözlər yersizdir!
23:59 21.04.2026
Dünya
Trampdan sərt xəbərdarlıq: "Avropa yox ola bilər"
23:44 21.04.2026
Dünya
Rıza Kayaalp 13-cü dəfə Avropa çempionu olub
23:00 21.04.2026
Dünya
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
22:41 21.04.2026
Dünya
"Spiegel": Almaniya Hörmüz boğazına üç gəmi göndərmək niyyətindədir
22:25 21.04.2026
Dünya
“Zirə” finala yüksəldi
21:52 21.04.2026
Futbol
Böyük hərbi plan: Aİ Ukrayna üçün 90 min hərbçi hazırladı
21:36 21.04.2026
Gündəm
Əli Əsədov Qazaxıstana işgüzar səfər edib
20:53 21.04.2026
Siyasət
Latviya Prezidenti Azərbaycana gəlib
20:38 21.04.2026
Rəsmi
Pakistan İrandan cavab gözləyir
20:30 21.04.2026
Dünya
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil
CNN: Hörmüz boğazı ABŞ-İran danışıqlarının əsas mövzusu olacaq
19:04 21.04.2026
Dünya
Ukrayna "Drujba" neft kəmərinin təmirini başa çatdırıb
18:56 21.04.2026
Dünya