
Çökən İran iqtisadiyyatı: Qızıl alverçiləri niyə ayaqlanıb?
12:54 25.12.2023
Dünya
513
Təbrizin qızıl alış-verişi mərkəzi olan məşhur tarixi “Əmir bazarı” tətil aksiyasına başlayıb.
Bu barədə yerli mənbələr məlumat yayıb.
Bildirilib ki, qızıl alverçiləri və bazarda mağazası olan iş adamları hökumətin cari büdcə ilində qızıl alış-verişi üçün 25 faiz vergi təyin etməsinə etiraz edirlər.
Bununla yanaşı, Həmədan, İsfahan və Tehran şəhərlərində də qızıl mağazalarının tətil etdiyi bildirilib.
İranda bu bazara müdaxilənin həmişə ciddi problemlər yaratdığını söyləyən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan "Sherg.az"a bildirib ki, tacirlər ölkədə gedən bazar aksiyalarına qoşulanda ya məğlub olub, ya da çox ciddi itkilərlə üzləşib:
"Hətta bu zaman bəzən hakimiyyət güzəştə getməyə məcbur olur. Qızıl alverçilərinə qarşı bu sayıq davranış İran iqtisadiyyatının vəziyyətinin birbaşa göstəricisidir. İran iqtisadiyyatının əlavə gəlir yerləri yoxdur. Çünki bu ölkənin neft və qaz sənayesinə sanksiya tətbiq edilib. Ölkə büdcəsi daha çox neft, qazdan gələn gəlirlərdən asılıdır. Bu boşluğu aradan qaldırmaq üçün mütləq şəkildə qeyri-neft sektorunda vergilərin artırılması əsas götürülür. Yəni həmin yolla dövlət büdcəsinin kəsirlərini doldurmağa çalışırlar. Amma bunun İran iqtisadiyyatına fayda verəcəyi ehtimalı azdır. Bu qızılçıların vergidən yayınmasına, fəaliyyətlərini başqa istiqamətə yönəltməsinə və ya qara bazarda qızıl alverinin artmasına səbəb ola bilər".

S.Solton bildirib ki, əvvəllər açıq şəkildə vergi ödəyicisi olan qızılçılar belə qanunlardan sonra mütləq öz fəaliyyətlərində dəyişiklik edəcəklər:
"İran hakimiyyəti sonunda gəlir vergisini azalda bilər. Hazırkı şəraitdə böyük etiraz dalğasının olacağı ehtimalı azdır. Çünki Tehran hakimiyyəti regionda yaranan vəziyyətlə əlaqədar olaraq ölkənin bütün kənd və şəhərlərində hərbi polis rejimi tətbiq edib. Bu isə etirazçıların küçələrə çıxmasına və öz narazılıqlarını bildirməsinə mane olur. Ona görə də qızıl alverçiləri mağazaları bağlamaq ilə itaətsizlik göstərə və bu kimi digər addımlar ata bilərlər. Proses ictimai və siyasi qurumlar, ayrı-ayrı siyasi, ictimai fəallar tərəfindən dəstəklənsə, mövcud durum genişlənə bilər. Yəni tətillərin əlaqələndirilmiş şəkildə təşkili böyük etiraz dalğasının yaranmasına yol açmaq ehtimalı var. Amma hələlik proses dükanların bağlanması və etirazlarların davam etməsi ilə müşahidə olunur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
30 ilin qəzet qoxusu - OXUMASANIZ DA OLAR!
16:55 31.10.2026
Media
Türkiyə və Özbəkistan arasında Komanda-Qərargah Təlimi keçirildi
16:51 31.10.2026
Dünya
Zelenski Türkiyədə səfərdədir
16:36 31.10.2026
Gündəm
İran ABŞ-nin təkliflərini qəbul etdi
16:35 31.10.2026
Dünya
Sobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi
15:37 31.10.2026
Dünya
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq
15:25 31.10.2026
Hadisə
Göygöldə maşın dərəyə aşıb, xəsarət alan var
15:14 31.10.2026
Hadisə
Müctəba Xamenei orduya əmr verdi - “Vurun”
14:51 31.10.2026
Gündəm
ABŞ-İran danışıqlarında irəliləyiş əldə olunduğu iddia edilir
14:04 31.10.2026
Dünya
Uşaqlar üçün qızıl qaşıq dəbə mindi - Tələbat artır
13:58 31.10.2026
Maraqlı
Ukrayna Rusiyaya məxsus Mi-8 helikopterini dronla vurub
12:53 31.10.2026
Dünya
Tramp Ərdoğanla 24 saatda niyə 2 dəfə danışdı?
12:51 31.10.2026
Dünya
ABŞ-dən ərəb ölkələrinə: Hazır olun, İrana hücum edirik
12:17 31.10.2026
Dünya
Böyük Britaniya İrana xəbərdarlıq etdi
12:04 31.10.2026
Dünya
“Beşiktaş” və “Qalatasaray” eyni futbolçunu transfer etmək istəyir
11:53 31.10.2026
Futbol