Conson “Brexit”i həll edə biləcəkmi ? – AKTUAL ŞƏRH
Turan
15:59 25.07.2019
Dünya
843
“Boris Conson bir növ Tramp kimi xarakterizə edilən siyasətçidir. Amma dəqiq bir məsələ var ki, Britaniyada da siyasi sistem fərdləri idarə edir”.
Bunu “Sherg.az”a açıqlamasında beynəlxalq məsələlər üzrə siyasi şərhçi Əziz Əlibəyli deyib.
Ekspert bildirib ki, Conson da bu cür fərdlərdən biridir. Ayrıca, arxasındakı böyük siyasi qüdrətin diqtəsi onun hansı addım atacağına işarədir:
“Bu, heç də Consonun problemi deyil. Coğrafi mövqeyinə görə, İngiltərə siyasi seçimini tarix boyu dəqiqləşdirə bilmir. Ya Qitəyə inteqrasiya edir, ya da Atlantik istiqamətə. Sırf bu qərarsızlıq Britaniya siyasətinin əsasını təşkil edir. Daha bir maraqlı detal hakimiyyətdəki əsas rəqib cinahların - leyborist və mühafizəkarların baxışlarıdır. Hazırda “Brexit” kimi bir məsələnin həll edilməsi lazımdır. Bu problem iddiaya görə, Federativ idarəetməyə malik olan ölkəni parçalaya da bilər. Amma Conson kimi mühafizəkar bir şəxsin Baş nazir olması “Brexit”i həll edəcək kimi görünür. Avropa fəlakətə düçar olacaqsa, bu, Britaniyanın da o taleyi yaşaması anlamına gəlməyəcək. Şəxs olaraq, özününün ittiham edilməsinin səbəbi qaçqınlar, rasizm məsələsində tutduğu “trampvari” mövqedir”.
Qeyd edək ki, mühafizəkarlar partiyasının lideri və yeni baş nazir Boris Conson Kraliça II Elizabetin qəbulunda olduqdan sonra rəsmən Böyük Britaniyanın Baş Naziri elan edilib. Günlərdir dünya mediasında Böyük Britaniyanın yeni baş naziri Boris Consonun şəxsiyyəti və siyasi düşüncələri müzakirə olunur. Daha çox "ikinci Tramp" kimi təqdim edilən ingilis baş nazir konkret mövqeyi olmayan, düşüncələri paylaşılmayan və dəlisov bir fiqur kimi təqdim edilir. Nəinki Qərb ölkələrində, hətta İngiltərənin özündə də Consondan kifayət qədər narazı olanlar var.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrail və Livan arasındakı atəşkəs üç həftə uzadılacaq
02:58 24.04.2026
Dünya
Robert Pattinson ailəsi ilə görüntüləndi
02:22 24.04.2026
Şou
Avropa bölücü xətt çəkir, hazır olmalıyıq - Peskov
01:54 24.04.2026
Ekologiya
Müctəba Xamenei: İranlıların birliyi ABŞ-ni sarsıdıb
01:03 24.04.2026
Dünya
“Trabzonspor” və “Beşiktaş” Türkiyə kubokunun yarımfinalına çıxıb
00:44 24.04.2026
Futbol
Tramp: “Mənim vaxtım çoxdur, İranın isə yoxdur”
00:44 24.04.2026
Gündəm
Tramp: İranla müharibəni bitirməyə tələsmirəm
00:22 24.04.2026
Dünya
Tramp: İran məsələsində NATO-nun dəstəyinə ehtiyac yox idi
23:59 23.04.2026
Dünya
Makron seçkilərdən sonra siyasətdən gedəcəyini açıqladı
23:22 23.04.2026
Dünya
Tehranın bəzi rayonlarında HHM sistemləri işə düşüb
22:26 23.04.2026
Region
ABŞ Yaxın Şərqə yeni qırıcılar göndərib
22:08 23.04.2026
Region
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm