Danimarka parlamenti hökumətin hərbi xidmət yaşında olan ukraynalı kişilərə yaşayış icazəsinin verilməsini dayandırmaq təklifini qəbul edib.
Xarici medianın məlumatına görə, qərara əsasən, 23-60 yaş arası ukraynalı kişilər xüsusi qanun çərçivəsində Danimarkaya gəlib yaşayış icazəsi ala bilməyəcəklər.
Ölkədə bu qanunla 47,6 min ukraynalı yaşayır və onların 9,3 mininin 23-60 yaş arası kişilər olduğu bildirilir.