Silah mütəxəssisləri və qərb rəsmiləri rus super silahı “Poseydon 2M39” torpedosu ilə bağlı narahatlıqlarını bldirib.
Dəhşətli görüntülər: Rusiya Şimal Qütbünə nüvə başlıqları toplayır - Foto
Məlahət Rzayeva
08:00 06.04.2021
Dünya
768
CNN yeni peyk görüntüləri əldə edib. Yayın quruluşu görüntüləri “Rusiya Şimal Qütbündə super silahlarını artırır” başlığı ilə yayıb. CNN-in son dərəcə gizli bir bölgədə test edilən yüksək texnologiyalı silahlar və Mockvanın məqsədlərinə dair əldə etdiyi yeni bilgilər zəlzələ effekti yaradıb. CNN-in xəbərinə görə, Rusiya şimal qütbü sahillərini nəzarət altına almaq və Asiyadan Avropaya önəmli bir koridor açmaq məqsədilə şimal qütbündə indiyədək bənzəri görülməyən hərbi güc toplayır və ən yeni silahlarını buzsuz bir bölgədə sınaqdan keçirir.
Silah mütəxəssisləri və qərb rəsmiləri rus super silahı “Poseydon 2M39” torpedosu ilə bağlı narahatlıqlarını bldirib.
Rəsmi mediada yer alan çoxsaylı xəbərlərə görə, Rusiya prezidenti Vladimir Putin bu ilin fevral ayında müdafiə naziri Sergey Şoyqudan sınaqların mühüm mərhələsinə dair arayış tələb etdikdən sonra adıçəkilən bu torpedo üzərində çalışmalar daha da sürətləndirilib, bu il ərzində başqa sınaqların da həyata keçirilməsi planlaşdırılır.
Bu insansız gizli torpedo nüvə reaktorundan güc alır və Rusiya mütəxəssisləri tərəfindən xüsusi olaraq ABŞ torpedoları kimi sahil müdafiəsində gizlicə hərəkət edə bilmək üçün hazırlanıb. Bu torpedo hədəf alacağı bölgəni on illərlə yaşanmaz hala gətirəcək radiaktiv dalğalara səbəb olan bir neçə meqatonluq savaş başlıqları göndərməyə qadirdir.
Ötən ilin noyabr ayında, o zamanlar Ölkələrarası Güvənlik və Silahların Yayılmasını Önləmə üzrə xarici işlər naziri yardımçısı Kristofer A.Ford “Poseydon”un ABŞ sahillərini radiaktiv sunamilərlə doldurmaq məqsədilə istehsal edildiyini bildirmişdi. ABŞ Xarici İşlər Nazirliyinin yüksək vəzifəlisi isə CNN-nə açıqlamasında deyib ki, ruslar şimal qütbündə dünyaya aşkarcasına meydan oxuyur. Rusiya “soyuq müharibə” dövrünə aid bazalarını yenidən yerləşdirir, Murmansk yaxınlığında yeni hərbi təsisatlar inşa edir.
Burada məqsəd Şimali Atlantikada hərbi gücü artırmaqdır. Pentaqon sözçüsü deyib ki, Rusiya noyabr ayında “Tsirkon” gəmiəvəzi hipersonik raketini sınaqdan keçirib.
“Maxar” texnoloji firması tərəfindən CNN-nə göndərilən peyk görüntülərində Rusiyanın hərbi jetlər və bombardmançı təyyarələriylə yanaşı Alyaska yaxınlığında yeni radar sistemlərinin olduğu da görünür. Hərbi təlimlərdə həmçinin şimal qütbü buzunu qıran 3 nüvə dənizaltısı və şimal qütbü üzərində uçuş həyata keçirən hərbi təyyarələr də olub. Şimal qütbünə niyə bu qədər önəm verildiyi məlumdur.
Şimal qütbündə dünyanın kəşf edilməmiş neft və qaz yataqlarının dörddə biri yerləşir. Putin əvvəllər verdiyi açıqlamalarda bu zənginliklərin dəyərini 22 trilyon sterlinq olaraq dəyərləndirmişdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
06:43 07.08.2026
Cəmiyyət
“Chanel” birinciliyi heç kimə vermir
06:06 07.08.2026
Relaks
Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb, xəsarət alan var
05:25 07.08.2026
Gündəm
Almaniyada iki İraq vətəndaşı terror şübhəsi ilə saxlanılıb
03:33 07.08.2026
Dünya
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət