Dünyada ötən sutka ərzində koronavirusa yoluxanların sayı 530 minə yaxın olub
05:32 05.12.2021
Dünya
611
Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 530 minə yaxın olub.
AZƏRTAC pandemiyanın onlayn statistikasını aparan “worldometers.info” saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 529 min 504 nəfər yeni koronavirusa yoluxub, 5 min 690 nəfər isə pandemiyanın qurbanı olub. Bununla da yoluxanların ümumi sayı 265 milyon 689 min 812, ölənlər isə 5 milyon 263 min 768 nəfərə çatıb.
Ötən sutka ərzində virusa ən çox yoluxma halı (56 min 742 nəfər) ABŞ-da, bu xəstəlikdən ölüm faktı isə (1215 nəfər) Rusiyada qeydə alınıb.
Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (49,9 milyon), Hindistan (34,6 milyon), Braziliya (22,1 milyon), Böyük Britaniya (10,4 milyon), Rusiya (9,7 milyon), Türkiyə (8,8 milyon) və Fransada (7,8 milyon) qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi