Dünyada pulun keçmədiyi yeganə yer
Dünyada pulun keçmədiyi yeganə yer
Yusif Nəzərli
04:29 11.10.2023
Dünya
556
“Biz sanki yuxuda yaşayırıq”
Müasir dünyada pula ehtiyac duyulmayan, pul tədavülünün, pulla alqı-satqının gerçəkləşmədiyi bir yer düşünə bilərsinizmi? Çətin olacaq. Fəqət, mümkünsüz deyilmiş. Hindistanın Tamil Nadu əyalətinin Viluppuram bölgəsindəki Auroville şəhərində bu bir həqiqətdir. Bu şəhərdə hamı azaddır.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, şəhər 1964-cü ildə qurulub. Və sakinlərini qəbul etməyə başlayıb. Hamının, hər kəsin azad olacağı, insanlara daha çox bədbəxtlik gətirən mal-dövlətin, pulun heç bir önəm daşımayacağı bir şəhərin qurulması ideyası 1872-ci ildə Hindistanda dünyaya gəlmiş Aurobindo Akroyd Ghosh adlı şair və fikir adamına məxsusdur.
Bu şəxs müstəqillik arzularına görə ingilis hökuməti tərəfindən həbs edilib. Xoşbəxtlik, azadlıq, ruhi dinclik ideyalarının həyata keçdiyini görmək ona nəsib olmayıb. Lakin fikirləri, ideyaları dünyaya yayılıb. “Ana” ləqəbli fransız qadın Mirra Alfassa, Ghoshun ideyalarını gerçəkləşdirib. 1964-cü ildə rəhbəri olduğu “Sri Aurobindo” Dərnəyinin üzvləri ilə birlikdə filosofun arzuladığı şəhəri qurmağa başlayıblar. Bu gün həmin şəhərin 50 min sakini var. Şəhərin adı fransızca “aurora” - yəni şəfəq və “ville” – şəhər kəlmlərindən ibarətdir. “Şəfəqlər şəhəri” həm də “Azad şəhər” anlamına gəlir. Bu şəhərdə şəxsi mülkiyyət yoxdur, pul keçərsizdir. Şəhər həyatı “dəstək iqtisadiyyatı” sistemiylə idarə edilir və hər bir sakinin bunda payı var. Auroville şəhərinin sakinlərinin hər biri hansı sahəyə bələddirsə, o sahədə çalışır. Əməkhaqqını pul kütləsi şəklində deyil, kimin nəyə ehtiyacı varsa, onu alırlar. İctimai qərarlar hər kəsin fikri nəzərə alınaraq birgə qəbul edilir. Şəhərdə hər nə varsa, hamınındır, hər kəs istifadə edə bilər. Bu qayda ilə yardımlaşmaq, paylaşmaq duyğusu genişlənir. Burada din anlayışı da yoxdur. Kim hansı inanca istəyirsə, ona inanır. İbadətlərini istədikləri kimi yerinə yetirirlər. Şəhər təxminən 20 kvadrat kilometr ərazidə yerləşir. İnsanlar təbiətlə baş-başa, təbii qidalar yetişdirərək həyatlarına davam edirlər. Sakinləri ekoloji təmizliyə, təbiətin qorunmasına önəm verir və şəhərdə bərpaolunan enerjidən istifadə edilir. Şəhərin mərkəzində Sanskrit dilindən tərcümədə “Ana məbədi” anlamına gələn “Matrimandir” adlı tikili var. Şəhərin sakitliyinin, hüzurunun pozulmaması üçün məbədin qorunmasına çalışırlar. Məbədin ətrafı da sülh, əmin-amanlıq bölgəsi elan edilib. Buranın sakinləri yaşamları haqqında yalnız bunu söyləyir: “Biz Sanki yuxuda yaşayırıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual
Pezeşkian: Məni öldürə bilərlər
16:15 02.11.2026
Region
Sumqayıtda gənc qızın meyiti tapılıb
16:07 02.11.2026
Hadisə
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
15:59 02.11.2026
Hadisə
Luis Enrike PSJ tarixində rekorda imza atdı
15:51 02.11.2026
Futbol
Mərkəz direktoru və meşəbəyi rüşvət ittihamı ilə saxlanılıb
15:47 02.11.2026
Sosial