Ər-Riyadda metro istifadəyə verilib
18:03 02.12.2024
Dünya
334
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda metro fəaliyyətə başlayıb.
AZƏRTAC “Əl-Ərəbiyyə” telekanalına istinadla xəbər verir ki, metropolitenin birinci mərhələsində altı xətdən üçü açılıb. Birinci xətt (38 kilometr) şəhərin şimalından cənubuna, ikinci xətt (29 kilometr) mərkəzdən Kral Xalid Beynəlxalq Hava Limanına qədər uzanır, üçüncü xətt (30 kilometr) isə şimal və şimal-şərqdəki rayonları birləşdirir.
Metronun ötən həftə keçirilmiş açılış mərasimində Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl Səud çıxış edib. Layihə vəliəhd şahzadə Məhəmməd bin Salmanın dəstəyi ilə “Vision 2030” strategiyası çərçivəsində həyata keçirilir.
Dekabrın 15-də qərbdən şərqə doğru uzanan dördüncü (25 kilometr) və şəhərin mərkəzindən keçən beşinci (13 kilometr) xəttin açılışı gözlənilir. 2025-ci il yanvarın 5-nə planlaşdırılan üçüncü mərhələ Ər-Riyadın qərbindən şərqinə uzanan altıncı xəttin (41 kilometr) işə salınmasını nəzərdə tutur.
Telekanalın məlumatına görə, metro xətlərinin ümumi uzunluğu 176 kilometr olacaq və gündə 3,6 milyondan çox sərnişin dövriyyəsi həyata keçirəcək.
Səudiyyə Ərəbistanı xarici turist axınını 2023-cü ildəki 27 milyondan 2030-cu ildə iki dəfədən çox artıraraq 70 milyona çatdırmağı hədəfləyir. Növbəti on il ərzində turizm infrastrukturunun inkişafına 1 trilyon dollara yaxın investisiya qoyuluşu planlaşdırılır. Turizm sektorunun inkişafı ölkə iqtisadiyyatının şaxələndirilməsi və neft ixracından asılılığının azaldılması səylərinin bir hissəsidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm