Əraqçi Pekinə gedəcək

İranın xarici işlər naziri Abbas Əraqçi çərşənbə günü rəsmi səfərlə Pekinə gedəcək.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Əraqçi bu səfər çərçivəsində çinli həmkarı ilə görüşəcək.

Bəqainin sözlərinə görə, görüşdə İran-Çin ikitərəfli münasibətləri, eləcə də region və beynəlxalq gündəmin ən mühüm məsələləri və son hadisələr müzakirə olunacaq.