Ərdoğan İsrail-İran qarşıdurması fonunda Türkiyənin hər cür ssenariyə hazır olduğunu bildirib
10:14 18.06.2025
Dünya
287
İranın İsrailin hücumları qarşısında özünü müdafiə etməsi son dərəcə təbii, qanuni və hüquqidir.
APA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“İsrail Livana, Suriyaya, Yəmənə hücum elədi. Hər gün mülki şəxslərə hücum edir, günahsız insanları öldürür. Sanki bunlar az imiş kimi, İsrail indi də İrana hücum edir”, - Ərdoğan vurğulayıb.
Türkiyə Prezidenti beynəlxalq təşkilatları İsrailin hücumlarına qarşı səssiz qalmaqda ittiham edib.
“Bu hücumların Türkiyəyə mümkün təsirləri ilə bağlı bütün qurumlarımız ayıq-sayıq vəziyyətdədir. Hər cür ssenariyə hazırlaşmışıq. Bunu hamı bilməlidir: biz ərzaq dükanı işlətmirik. Dünyanın ən böyük ölkələrindən biri olan Türkiyə Respublikasını idarə edirik”, - Ərdoğan qeyd edib.
Onun sözlərinə görə, Türkiyə zorakılığın və zülmün tərəfində deyil, həqiqətin, ədalətin, dialoqun və diplomatiyanın tərəfindədir: “Bu anlayışla biz iyunun 13-dən təcavüzə son qoymaq üçün intensiv diplomatik səylər göstəririk. Cənab Tramp və cənab Pezeşkianla iki dəfə telefon danışığı aparmışıq. Bütün qardaş ölkələrin rəhbərləri ilə oxşar telefon danışıqlarımız olub. Biz bu məsələni cənab Putinlə də dəyərləndirmişik. Digər dostlarımız da həmkarları ilə daim əlaqə saxlayırlar. Silahları susdurmaq üçün lazım olan hər şeyi edirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Goranboyda əkin sahəsində 22 yaşlı şəxsin meyiti tapıldı
16:42 17.09.2026
Hadisə
100 yaşdan yuxarı insanların sayı 100 mini keçdi - Rekord
16:39 17.09.2026
Maraqlı
Tom Barrak: Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək
16:33 17.09.2026
Gündəm
Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək
16:18 17.09.2026
Gündəm
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq