- “Liderlər həbs edilsin!”
İsraildə ərəb partiyaları parlament seçkilərində rekord nəticə göstərərək Knessetdə 19 mandat qazanıb. Bu nəticədən sonra Baş nazir Benyamin Netanyahunun müttəfiqləri ərəb partiyalarının liderlərinin həbsini tələb ediblər.
Sherg.az xəbər verir ki, bu barədə “Habertürk” Anadolu Agentliyinə istinadən məlumat yayıb.
İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ərəb partiyalarının liderlərinin saxlanılmasını, maliyyə naziri Bezalel Smotriç isə onların Şin-Bet daxili təhlükəsizlik xidməti tərəfindən dindirilməsini istəyib.
Oktyabrın 27-də keçirilən parlament seçkilərində Yusif Cabirinin rəhbərlik etdiyi “Birgə Siyahı” və Mənsur Abbasın rəhbərlik etdiyi “Birləşmiş Ərəb Siyahısı” ümumilikdə 19 mandat əldə edib. Netanyahunun rəhbərlik etdiyi blok 53, Qadi Eyzenkotun başçılıq etdiyi müxalifət bloku isə 48 mandat qazanıb. Bu nəticələr heç bir blokun təkbaşına hökumət qurmasına imkan vermir.
Netanyahu ərəb partiyalarının seçkilərə xaricdən, xüsusilə Qətərdən maliyyə dəstəyi aldığını və seçkilərin “oğurlandığını” iddia edib. O, polis və Şin-Beti məsələni araşdırmağa çağırıb.
Bununla belə, İsrail polisi oktyabrın 28-də yaydığı açıqlamada ərəb partiyalarının seçkiləri saxtalaşdırdığı iddiasını təsdiqləyən hər hansı kəşfiyyat məlumatının olmadığını bildirib.