Ermənilər həmişə yəhudilərə düşmən münasibət sərgiləyib
Yusif Nəzərli
21:12 14.04.2022
Dünya
898
Bu kimi faktlar Dövlət Departamentinin diqqətini çəkməyə bilməzdi
ABŞ Dövlət Departamentinin 2021-ci il hesabatında Ermənistanda antisemitizmin geniş vüsət almasından söz açılıb. Hesabatda əks olunub ki, yəhudi icmasının üzvlərinin və digər müşahidəçilərin fikrincə, 2020-ci ilin payız döyüşləri Ermənistanda antisemitizmin, o cümlədən antisemitizm xarakterli sosial media paylaşımlarının sayının artmasına səbəb olub.
Bildirilib ki, bu tendensiya daha çox Azərbaycanın döyüşlər vaxtı İsrail istehsalı silahlardan istifadə etməsi ilə əlaqələndirilib. Sənəddə deyilib ki, sentyabr ayından etibarən yəhudi icmasının bəzi üzvləri tez-tez onlara yönəlmiş antisemist şərhlər, xüsusilə də ictimai nəqliyyatda baş verən insidentlər barədə məlumat verməyə başlayıblar. Hesabatda göstərilib ki, 2020-ci ilin sentyabrından 2021-ci ilin fevralınadək İrəvandakı Holokost Memorialı üç dəfə vandalizmə məruz qalıb və hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Hesabatda diqqət çəkilən məqamı “Şərq”ə dəyərləndirən siyasi şərhçi Azər Həsrət bildirib ki, ABŞ Dövlət Departamentinin ermənilərin yəhudi dözümsüzlüyünə yer verməsi təsadüfi deyil. Ekspert vurğulayıb ki, əslində ermənilərin yəhudilərə münasibəti 44 günlük müharibəyə görə pisləşməyib:
“Tarix boyu yəhudilər özlərinə rəqib biliblər və bu, sağlam rəqabət olmayıb. Ermənilərin hansı formada “rəqabət” apardığını yaxşı bilirik. Ermənilər arxadan zərbə vurmaqla, xəyanət etməklə “mübarizə” aparırlar. Onların yəhudilərə düşmən münasibət sərgiləməsi Dövlət Departamentinin diqqətini çəkməyə bilməzdi.
Budəfəki hesabatda məsələyə əvvəlkilərə nisbətən bir qədər geniş yer verilib. Əslində Qərb mərkəzləri müharibədən öncəki araşdırmalarında bu məqamı vurğulamışdılar.
Hesabatlarda göstərilirdi ki, keçmiş sovet ölkələri arasında antisemitizm, İsrail düşmənçiliyinin ən yüksək olduğu ölkə Ermənistandır. Yəhudilərə ən çox nifrət bəsləyən millət ermənilərdir.
Qəribə olsa da ermənilərlə farsların yəhudilərə baxışı üst-üstə düşür. İranın yəhudilərə qarşı sərgilədəyi mövqe eyniylə Ermənistan tərəfindən təkrarlanır”.
A.Həsrətin fikrincə, hesabatda göstərilənlər məsələnin tamamı deyil və Vaşinqton hələ də erməniləri müdafiə edir:
“ABŞ Dövlət Departamenti yenə də öz tərəfsizliyini gözləyə bilmir və qərəzli yanaşma sərgiləyir. Sadəcə bu dəfə yəhudi məsələsi çox qabarıq olduğuna və müraciətlər edildiyinə görə, hesabatda bu məsələni əks etdirməyə məcbur qalıblar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-də təyyarə qəzası: 5 nəfər həyatını itirib
18:58 01.05.2026
Dünya
Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
18:53 01.05.2026
Siyasət
Prezidentin köməkçisi: BQXK-nın bu işini qənaətbəxş hesab etmirik
18:33 01.05.2026
Siyasət
Ombudsman Aparatı təhsil müəssisələrində monitorinqlər keçirdi
18:27 01.05.2026
Ölkə
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm