Eynəkdən xilas olmaq istədi: Gözləri kor oldu
10:07 06.06.2024
Dünya
428
Uzağı yaxşı görən, amma yaxın məsafəni görə bilməyən insanlar çoxdur. Görmədəki bu pozğunluq yaş kateqoriyasına əsaslandıqda normal, digər məqamlarda isə anormal hesab olunur. İnsanlar orta yaş həddinə çatdıqda və yaşlanmaya doğru görmədə uzaq-yaxın məsafə problemi yaşaya bilir. Gənc insanlarda bu problem görüldükdə isə oftalmoloqa müraciət etmək və gözün müalicəsi tövsiyə olunur. Bu kimi hallarda adətən insanlar eynəkdən istifadə edirlər. Oftalmologiyada uzağı görən, yaxın məsafəni isə görə bilməyənlərə hipermetrop deyilir. Ankarada hipermetrop rahatsızlığı olan bir nəfər eynəkdən xilas olmaq üçün əməliyyat olunmaq qərarına gəlib.
“Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, vəkil işləyən 63 yaşlı Mustafa Alpar Ceylan özəl xəstəxanada sağ gözündən əməliyyat olunub. Eynəkdən xilas olmaq istəyən M.A.Ceylanın gözünə linza yerləşdirilib. Lakin əməliyyatdan sonra vəkilin gözü tutulub. Məlum olub ki, gözün arxa tərəfində iltihab əmələ gəlib. İltihabın aradan qaldırılması üçün əməliyyat olunub. 7 gün sonra gözü görmə qabiliyyətini tamamilə itirib. Onu başqa xəstəxanaya yönləndiriblər və daha 2 əməliyyat da keçirilib. Lakin gözü sağalmayıb. Müayinə olunan vəkilə gözünün torlu qişasının dağıldığı və artıq müalicənin mümkünsüz olduğu deyilib. Vəkil uzun müddət görə bilmədiyindən müvəkkillərinin müdafiəsinin də yarımçıq qaldığını, nüfuzuna ziyan dəydiyini əsas gətirərək, əməliyyat edən həkimləri məhkəməyə verib. Həkimlər isə “biz ona təminat verməmişdik. Baş verə biləcək gözlənilməz hadisəyə görə, o, əvvəlcədən razılıq sənədi imzalayıb” deyərək ittihamı qəbul etmirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media