Fabrik məktəb: Şagirdlər həm təhsil alır, həm də pul qazanır
10:52 27.12.2022
Dünya
611
Tükiyənin Bursa bölgəsində Hamidiyə Məslək və Texnologiya Anadolu liseyində təsis edildiyi vaxtdan – 1891-ci ildən günümüzədək şagirdlərə təhsil verməklə yanaşı, qazanc əldə etmələrinə də şərait yaradılıb. Sherg.az “NTV.com.tr”yə istinadən bildirir ki, lisey böyük təsərrüfata malikdir.
Təsərrüfatda çalışan şagirdlər həm toyuq-cücə saxlayıb yumurtaları satmaqla, həm də bostanda yetişdirdikləri tərəvəzləri satışa çıxarmaqla qazanc əldə edirlər. Ümumlikdə liseyin təsərrüfatında quru ərzaqlar, sirkə, pomidor pastası, tarhana (un və süd qarışıqlı quru qida), əriştə, yumurta, meyvə-tərəvəz, zeytun yağı, çiçək yağı, ətirli yağlar v bəzək kolları da daxil 102 növdə məhsul yetişdirilir. Satışdan 1 milyon lirə əlavə gəlir əldə edilir, şagirdlər də 400-1000 lirə qazanıb ehtiyaclarını təmin edirlər. Liseydə 45 müəllim, 600 şagird var. Liseyin təyinatı “qida”, “qastromoniya”, “laboratoriya xidməti”, “qida texnologiyası”, “heyvan sağlamlığı və kənd təsərrüfatı” olmaqla 5 istiqamət üzrədir. Liseyin öz təsərrüfatına sahib olması, şagirdlərin nəzəri biliklərini praktiki baxımdan həyata keçirmələrinə səbəb olur. Şagirdlər təkcə biliklərə yiyələnmir, həm də təsərrüfatla məşğul olmaq, əkinçilik, bitkiçilik, heyvandarlığın sirlərini əyani öyrənirlər. Məsələn, heyvandarlıq bölümünün şagirdləri yumurta əldə etməklə məşğuldur. Bəslədikləri toyuqların yumurtalarını toplayır, qablaşdırıb satışa çıxarırlar. Liseyin təsərrüfatında 3 min toyuq bəslənir, onlardan da hər gün təxminən 2 min 500 yumurta əldə edilir. Satışdan gələn gəlirlə həm liseyin tələbləri qarşılanır, həm də şagirdlər ailələrinə maddi dəstək vermiş olurlar. Şagirdlər sinifdən təsərrüfata, oradan da bazaradək hər sahədə yer alır. Məhsulun yetişdirilməsində iştirak edən şagirdlər qablaşdırmanı da özləri icra edir, məhsulun ünvanlara çatdırılmasında da iştirak edirlər. Liseyin 350 hektar ərazisində müxtəlif tərəvəzlər – kələm, kərəviz, soğan, aruqula, kahı… hər cür tərəvəz yetişdirilir. Mövsümə görə arpa, yulaf da əklilir. Həmçinin bəzək bitkiləri də əkilir və satışa çıxarılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Adriana Lima ilk dəfə qızları ilə
03:23 25.04.2026
Şou
Səhər yeməyini saat 11-ə qədər yeyin, ömrünüzü 20 il uzadın
02:35 25.04.2026
Sağlamlıq
Tramp: Ağ Ev Cənubi Qafqazda sabitliyə töhfə verir
01:36 25.04.2026
Cənubi Qafqaz
Tanınmış model indi çörək satır
01:10 25.04.2026
Şou
Hakan Fidan Hörmüz boğazı ilə bağlı iki ssenarini açıqlayıb
00:22 25.04.2026
Region
Qonşular arasında dava: Bıçaqlanan var
23:35 24.04.2026
Hadisə
Ağ Ev Uitkoff və Kuşnerin Pakistan səfərini təsdiqləyib
23:11 24.04.2026
Dünya
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
22:36 24.04.2026
Siyasət
Qalibafın istefası ilə bağlı xəbərlər təkzib olunub
22:19 24.04.2026
Gündəm
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm
Rusiya və Çin müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər
20:04 24.04.2026
Dünya
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
19:55 24.04.2026
Dünya
Dünyanın zirvəsinə gedən yolda gözlənilməz maneə
19:54 24.04.2026
Dünya
İran üç ölkəyə uçuşları bərpa edir
19:48 24.04.2026
Region