Çin İranın əsaslı və qanuni iddialarını, öz suverenliyini və təhlükəsizliyini qorumaq səylərini dəstəkləyir.
Axar.az xəbər verir ki, bunu Çin xarici işlər naziri Van Yi iranlı həmkarı Abbas Arakçı ilə telefon danışığında deyib.
V.Yi ölkəsinin İranla kommunikasiyanı və koordinasiyanı gücləndirməyə hazır olduğunu, regional sülh və sabitliyə töhfə verməyə davam edəcəyini deyib:
“Faktlar sübut edib ki, güc tətbiqi problemləri həll edə bilməz, dialoq və danışıqlar isə doğru yoldur. Növbəti əsas addım bütün tərəflərin öz öhdəliklərini yerinə yetirməsidir”.