Fələstinin Azərbaycandakı səfiri bəyanat yaydı
16:36 13.10.2023
Dünya
624
Son günlər Fələstindən dəhşətli görüntülər işıq surəti ilə yayılır.
Bakupost.az xəbər verir ki, bu barədə Fələstin Dövlətinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərimin son hadisələrlə bağlı bəyanatında qeyd edilib.
Bəyanatda deyilir:
"Ürək parçalayan görüntüləri tanış hisslərlə dəhşət içində izləyirəm, lakin indi ilk dəfə idi ki, bu ölçüyəgəlməz kəskin ağrı hər iki tərəfdə paylaşılırdı. Biz kim tərəfindən olursa-olsun, sivil insanların hədəf alınmasına qarşıyıq və hər yerdə həyatlarını itirən günahsız insanların yasını tuturuq və bilirik ki, on illərdir günahsız fələstinlilərin həyatları riskə məruz qalıb və bu həyatlar da hər kəsin həyatı kimi dəyərlidir.
Əhalinin məskunlaşdığı ərazilərdə hər nöqtəni hədəfə alan intensiv, ardıcıl bombardman, ətraf yaşayış yerlərinin yox edilməsi, insanların on yeddi ildir qəfəsdə saxlanıldığı dünyanın ən böyük açıq hava həbsxanası, dünyada özlərini beynəlxalq hüququn müdafiəçiləri olduqlarını iddia edən beynəlxalq arenadakı bəzi güclərdən kart-blanş aldıqdan sonra himayədarlarının xeyir-duası ilə nüvə dövləti olan İsrail tərəfindən həyata keçirilən kollektiv cəzalandırma beynəlxalq hüquqa əsasən müharibə cinayətidir.
1967-ci ildən İsrail aparteid rejimi bütün amansız üsullarından istifadə edərək, insanlıq tarixində ən uzunmüddətli hərbi işğalın icraçısıdır.
BMT-nin yüzlərlə qətnaməsinə və Beynəlxalq Humanitar Hüquqa zidd olan İsrailin amansız cinayətlərinə qarşı biz dünya güclərindən eyni hiddəti və canfəşanlığı görmədik. Əksinə, onlar İsrailin amansız müstəmləkəçi aparteid sistemini bütün siyasi, diplomatik və hərbi örtüklərlə bu qeyri-insani situasiyanı tamamilə siyasi cəzasızlıqla həyata keçirmək üçün lazım olan alətlərlə maliyyələşdirir. İroniya ondadır ki, həmin bu eyni güclər yalnız sözdə iki dövlət haqqındakı qətnaməni dəstəkləyir, amma BMT və planetin 2/3-nin əksinə işğal edilmiş Fələstin Dövlətini tanımaqdan imtina edirlər. Bu, can verən sülh prosesinə stimul verən simvolik və substantiv jestdir.
Sülh yolu ilə həllə sadiqliyi ilə tanınan Fələstin rəhbərliyi artıq illərdir, hər hansı siyasi üfüqün yoxluğunda status-kvonun dayanıqlı olmaması barədə xəbərdarlıq edir. Çünki ədalətli sülhə nail olmaq üçün bütün yollar İsrail tərəfindən bloklanır. Bu, çoxillik münaqişənin davamını və onun yol açacağı qaçılmaz şiddət partlayışlarını öz ardından gətirəcək.
BMT-nin müvafiq qətnamələrini yerinə yetirmək və məsuliyyətə cəlb edilməklə Fələstinin İsrail tərəfindən bitmək bilməyən işğalına və aparteid rejiminə son qoyaraq davam edən faciəvi situasiyanın qarşısını almaq və minlərlə insanların həyatlarını xilas etmək olardı. Həyatı heç də israillilərdən az dəyərli olmayan Fələstin xalqı paytaxtı Şərqi Qüds olan öz müstəqil dövlətlərində qürurla və bütün xalqlarla sülh içində yaşamağa layiqdir və buna bütün hüquqları var. Sülhün əsl ünvanı geosiyasi dolanbaclar yox, Fələstindir”, - deyə səfir bəyanatında bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial
Cemre Baysel futbolçu ilə eşq yaşayır?
06:26 05.11.2026
Şou