Finlandiya Finlandiya körfəzinin şərq hissəsində hava və dəniz məkanından istifadəyə müvəqqəti məhdudiyyətlər tətbiq edib.
Sherg.az xəbər verir ki, qərar avqustun 14-də Latviyanın hava məkanını pozan pilotsuz uçuş aparatının (PUA) NATO-nun hava hücumundan müdafiə missiyasında iştirak edən qırıcılar tərəfindən vurulmasından sonra qəbul edilib.
Reutersin məlumatına görə, Finlandiya məhdudiyyətləri ehtiyat tədbiri kimi tətbiq edib. Finlandiya Müdafiə Qüvvələri də müvafiq tədbirlərin görüldüyünü açıqlayıb.
Bu, Helsinkinin regionda PUA fəaliyyəti fonunda Finlandiya körfəzində hərəkəti məhdudlaşdırdığı ilk hal deyil. İyul ayında da körfəzin şərq hissəsində hava və dəniz hərəkətinə bir neçə dəfə müvəqqəti məhdudiyyət qoyulmuşdu.