“Əgər bu vəsaitlər hərbi məqsədlər üçün xərclənsə, heç bir halda Avropa Komissiyasının Ukraynaya dondurulmuş Rusiya aktivlərindən istifadə etməklə kompensasiya krediti vermək təklifini dəstəkləməyəcək”.
Teleqraf xəbər verir ki, bunu Slovakiya Baş naziri Robert Fitso deyib.
Slovakiya lideri iddia edib ki, Ukraynaya on milyardlarla avronun verilməsi müharibənin davam etməsinə gətirib çıxarır.
Fitso əlavə edib ki, dondurulmuş Rusiya aktivlərinin istifadəsi Ukraynanı bərpa etmək üçün bu resurslara güvənən ABŞ-nin sülh səylərini birbaşa təhlükə altına qoya bilər.
“Slovakiya yalnız əzab və ölümü uzadan proqramların bir hissəsi olmayacaq. Avropa Şurasının qarşıdan gələn iclasında Ukraynanın hərbi xərcləri üçün maliyyələşdirmə təmin edəcək heç bir qərarı dəstəkləməyəcəyəm”, - baş nazir vurğulayıb.