Fransada anomal istilərdə ölənlərin sayı 55-ə çatıb

Fransada anomal istilər fonunda ölənlərin sayı 55-ə çatıb.

BFM TV-nin xəbərinə görə, ölənlərin çoxu yeniyetmə və gənclərdir, onlar nəzarətsiz sularda çimərkən həyatlarını itirib.

Fransanın 61 bölgəsində “qırmızı istilik” xəbərdarlığı, daha 25 bölgədə isə “narıncı” xəbərdarlıq elan edilib.

İsti hava şəraiti nəticəsində elektrik şəbəkələrində yaşanan problemlərə görə 46 min ailənin işıqsız qaldığı bildirilib.