Fransada seçici səslərinin 100 %-i sayılıb

Fransada keçirilən prezident seçkilərinin yekun nəticələri məlum olub.
“Report” xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bülletenlərin 100 %-i hesablandıqdan sonra hazırkı Prezident Emmanuel Makron səslərin 27,84 %, onun ən yaxın izləyicisi Marin Le Pen isə 23,15 %-ni toplayıb.